Bazar ertəsi , Oktyabr 26 2026
azfa

Pakistan Ermənistanı qoşunlarını Dağlıq Qarabağdan çıxarmağa çağırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Pakistanın xarici işlər naziri Şah Mahmud Kureşi Ermənistanı qoşunlarını Dağlıq Qarabağdan çıxarmağa çağırıb.

Nazir bunu Nyu Yorkda BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində keçirilən görüş zamanı deyib.

Ş.M.Kureşi bildirib ki, Pakistan Ermənistanın Dağlıq Qarabağda coğrafiyanın, əhalinin, iqtisadi, sosial və mədəni vəziyyətin və institusional strukturun dəyişdirilməsi üzrə hərəkətlərinə qarşıdır.

Nazir Ermənistanı BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq qoşunlarını Dağlıq Qarabağdan çıxarmağa və Azərbaycanın ərazi bütövlüyü və suverneliyinə hörmət etməyə çağırıb.

O əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsi regionda sülh və sabitlik üçün təhdiddir.

Həmçinin yoxlayın

Özbəkistan Səmərqəndin tarixi irsinin fars irsi kimi təqdim edilməsinə etiraz etdi; İranın səfiri çağırıldı

GADTB: Özbəkistan Xarici İşlər Nazirliyi İranın bəzi diplomatik nümayəndəliklərinin Səmərqəndin tarixi irsinin bir hissəsinin “İran-islam …

İran-ABŞ arasında vasitəçilik üçün Qətər nümayəndə heyəti Tehrana gedib

GADTB: “Al Araby Al Jadeed” nəşri xəbər verib ki, İran və ABŞ arasında vasitəçilik səyləri …

Bir cavab yazın