Şənbə , İyul 18 2026
azfa

Rejim Culfanı karantinə alıb koronavirusdan qorumağı tələb edən azərbaycanlı fəalları yaxaladı

Image processed by CodeCarvings Piczard ### FREE Community Edition ### on 2015-11-20 07:30:18Z | http://piczard.com | http://codecarvings.com

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim koronavirus epidemiyası ilə bağlı Culfaya giriş-çıxış yollarının bağlanmasını və bu şəhərin karantinə alınmasını istəyən azərbaycanlı fəalları yaxaladı.

Çərşənbə axşamı azərbaycanlı milli fəallar daxil olmaqla bir qrup culfalı əhali koronavirusun yayılmasının qarşısını almaq məqsədi ilə şəhərin giriş yolunda toplaşıb, şəhəri koronavirusdan qorumaq məqsədilə karantinə alınmasını tələb ediblər.

Əhali rəsmi orqanların epidemiya ilə bağlı heç bir tədbir görməməklərindən şikayətləniblər. Lakin rejimin təhlükəsizlik qüvvələri Şəhər İcra Hakimiyyəti və Şəhər Prokurorluğu ilə koordinasiya edilmiş şəkildə etirazçılara hücum edib, onların bəzilərini yaxalayıblar.

 Yaxalanan azərbaycanlı fəallardan Səid Sultani, Əmir Sabiri, Əli Zeynalzadə, Yasir Purnəcəf, Ümid Sadiqi və Bəhmən Şenavərinin adı məlum olub.

Rejimin məmurları yaxaladığı soydaşlarımızı polis bölməsinə aparıb və onları təhqiir ediblər.

Azərbaycanlı fəallar bir gün polis bölməsində saxlandıqdan sonra çərşənbə günü prokurorluğa aparılıblar. Culfa Prokurorluğunda heç bir günahı olmayan fəalların zaminə buraxılması üçün 10 milyon tümənlik vəsiqə təyin edilib və onlar vəsiqə qarşılığında zaminə buraxılıblar.

İtqçi fars rejimin bu hərəkəti isə onların Azərbaycan şəhərlərini koronavirusa bulaşdırmaq istədiyini süburt edir.

Həmçinin yoxlayın

İranda daha bir neçə körpü və rabitə infrastrukturu ABŞ hücumlarının hədəfi olub

GADTB: Sepaha yaxınlığı ilə tanınan Təsnim xəbər agentliyi ABŞ-ın İrana qarşı hücumlarının yeddinci gecəsində Bəndər-Abbas–Rudan …

Sayın Əjdər bəy Tağızadənin “Azərbaycan Səsi”ndə “ABŞ–İran müharibəsi davam edir – Yaxın Şərqdə son vəziyyət!” mövzusunda çıxışı -Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın …

Bir cavab yazın