Bazar ertəsi , Oktyabr 26 2026
azfa

Rejim Sulduzda Azərbaycan Milli Qiyamı şəhidlərinin anım mərasimində 4 fəalı yaxalayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim 2006-ci il May  Qiyamının ildönmündə Sulduz şəhidlərinin anım mərasimində iştirak etmək məqsədi ilə Qərbi Azərbaycana getmək istəyən 4 azərbaycanlı fəalı yolda yaxalayıb.

Azərbaycanlı fəallar Murtaza Məhəmmədi, Əlirza Çingizi, Murtaza Səfəri və Dədələr Əsğərianın yaxalandığı məlumdur. Yaxalanan fəallar naməlum istiqamətə aparılıblar. Onların hansı ittihamla yaxalandığı bilinmir.

Qeyd edək ki, 2006-cı ilin may ayında Güney Azərbaycanda Milli Qiyamın13-cü ildönümü ilə bağlı Azərbaycan şəhidlərinin məzarı ziyarət edilib. 2006-cı il mayın 25-də təkcə Sulduzda keçirilən dinc aksiyada Tohid Azəryun, Hümmət İsmzadə, Hüseyn Fəthipur və Əsgər Qasimi adlı 4 azərbaycanlı rejimin təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində şəhid olmuşdur.

Həmçinin yoxlayın

Özbəkistan Səmərqəndin tarixi irsinin fars irsi kimi təqdim edilməsinə etiraz etdi; İranın səfiri çağırıldı

GADTB: Özbəkistan Xarici İşlər Nazirliyi İranın bəzi diplomatik nümayəndəliklərinin Səmərqəndin tarixi irsinin bir hissəsinin “İran-islam …

İran-ABŞ arasında vasitəçilik üçün Qətər nümayəndə heyəti Tehrana gedib

GADTB: “Al Araby Al Jadeed” nəşri xəbər verib ki, İran və ABŞ arasında vasitəçilik səyləri …

Bir cavab yazın