Çərşənbə , İyun 7 2023
azfa

Rejimin Abbas Lisaninin vəkili Məhəmmədrza Fəqihini yaxalamasını “Vəkillərin Azad Tribunası” pislədi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin qanunsuz şəkildə  tanınmış azərbaycanlı fəal Abbas Lisaninin vəkili Məhəmmədrza Fəqihini yaxalamasını “Vəkillərin Azad Tribunası” pislədi. Bununla bağlı “Vəkillərin Azad Tribunası” bəyanat yayıb.

Yayılan Bəyanatın surəti həmçinin Beynəlxalq Vəkillər Kollegiyası, BMT-nin İranda insan hüquqları üzrə xüsusi nümayəndəsi, Hakimlər və Vəkillərin Müstəqillik məsələləri üzrə Xüsusi Məruzəçisi və İnsan Hüquqları Müdafiəçilərinin vəziyyəti üzrə Xüsusi Məruzəçiyə də göndərilib.

Bəyanatda yazılıb: “Vəkillər insan hüquqlarını müdafiə edərək heç bir maraq güdmədən əqidə və siyasi məsələlərlə bağlı müttəhimləri könüllü şəkildə müdafiə edirlər. Onlar İran İslam Cümhuriyyti tərəfindən hər zaman yaxalanıb və ya həbs edilə bilər.

İran rəsmiləri davamlı şəkildə insan hüquqlarını müdafiə edən vəkilləri hədələyib, onlara təzyiq göstərir, onlara qarşı qanunsuz qadağa və məhdudiyyətlər tətbiq edir. İran rəsmiləri vəkillərin müstəqilliyi və məhkəmə prosesinin ədalətli keçməsinə hörmət etmir. Xüsusilə də o zaman ki, kimsə mədəni və siyasi ittihamlara görə məhkəmə qarşısına çıxarılır.

Rejimin məhkəmə başqanı Rəisi birbaşa Xamneyi tərəfindən təyin olunan Məhkəmə Sistemi siyasi və əqidə müttəhimləri ilə bağlı heç bir şəkildə qanuna əməl etmir. Belə vəziyyətlərdə hakimlərin vəzifəsi təhlükəsizlik orqanları tərəfindən tövsiyyə olunan hökmü imzalamaqdan ibarətdir.

Qanuna uyğun olaraq müttəhimlərin vəkil tutmaq hüququ var. Bu hüquq da dosyenin ilkin araşdırma mərhələsində müttəhimlərdən alınıb.

İranın Məhkəmə Sistemi ictimai və siyasi fəallara qarşı yalan ittihamlarla iş açıb və onların vəkillərini yaxalamaqla götürdüyü beynəlxalq öhdəlikləri və öz qanunlarını ayaq altına atır”.

 “Vəkillərin Azad Tribunası” bəyanatında həmçinin  sonunda Məhəmmədrza Fəqihinin qeyd-şərtsiz azadlığa buraxılmasını tələb edib.

Həmçinin yoxlayın

İranın Rusiyaya silah satışı müqaviləsi üzə çıxdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Britaniyanın “Sky News” Xəbər Agentliyi İranın Rusiyaya silah …

Türkiyənin “Qızıl alma” PUA-sı F-16-larla uçdu

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, “Baykar” şirkətinin istehsalı olan “Qızıl alma” və “Akıncı” …

Bir cavab yazın