Bazar ertəsi , Oktyabr 26 2026
azfa

Rejimin həbs etdiyi Səccad Şəhiri Təbrizdə ETTELAAT İdarəsinin təcridxanasına köçürüldü

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Sulduz şəhərində yaxaladığı azərbaycanlı fəal Səccad Şəhiri Təbriz Ettelaat İdarəsinin təcridxanasına köçürülüb.

Rejimin Təbrizdəki İnqilab Məhkəməsinin 16-cı şöbəsi Sulduzdakı İnqilab Məhkəməsinə məktub göndərərək azərbaycanlı fəalın yaxalanaraq təhlükəsizlik qüvvələrinin nəzarəti altında Təbrizdəki məhkəməsinə göndərilməsini istəyib.

Təbriz məhkəməsinin Səccad Şəhirinin yaxalanması ilə bağlı hökmü üzə çıxdıqdan sonra azərbaycanlı fəalın şərlənərək ona qarşı saxta ittihamlar irəli sürüldüyü məlum oldu.  Hökmdə fəalın GAMAC-a üzv olmaqda şübhəli bilindiyi idia olunub.

Qeyd edək ki, Səccad Şəhiri yanvarın 16-da günorta saatlarında Sulduz şəhərində yaşadığı evin yaxınlığında rejimin mülki geyimli məmurları tərəfindən yaxalanıb.

 İran Konstitusiyasının 32-ci maddəsinə əsasən kimsənin saxlanması üçün onun nədə şübhəli bilindiyi və ittihama əsas verən dəlillər yazılı şəkildə şübhəli bilinən şəxsə elan olunmalıdır. Bu əsasda azərbaycanlı fəalın saxlanması qanunsuz sayılır.

Həmçinin yaxalanma hökmündə fəalın GAMAC Təşkilatında üzv olmaqda şübhəli bilindiyi yazılsa da, rejimin məhkəməsi hətta bu təşkilatın qarşısında mötərizə açaraq “Güney Azərbaycanın müstəqil zümrəsi”nin adını yazıb. Rejimin bu iki qurumun fərqini bilməməsi özü də ittihamın nə dərəcədə absurd olduğunu göstərir.

2009-cu ildə Amsterdam şəhərində 12 maddəlik nizamnamənin qəbul edilməsi ilə fəaliyyətə başlayan GAMAC Təşkilatı nizamnaməsinin 8-ci bəndində təhlükəsizlik məsələləri ilə əlaqədar İran sərhədlərinin içində hər hansı üzv və ya nümayəndəsinin olmayacağını qeyd edib.

Həmçinin yoxlayın

Özbəkistan Səmərqəndin tarixi irsinin fars irsi kimi təqdim edilməsinə etiraz etdi; İranın səfiri çağırıldı

GADTB: Özbəkistan Xarici İşlər Nazirliyi İranın bəzi diplomatik nümayəndəliklərinin Səmərqəndin tarixi irsinin bir hissəsinin “İran-islam …

İran-ABŞ arasında vasitəçilik üçün Qətər nümayəndə heyəti Tehrana gedib

GADTB: “Al Araby Al Jadeed” nəşri xəbər verib ki, İran və ABŞ arasında vasitəçilik səyləri …

Bir cavab yazın