Çərşənbə axşamı , Aprel 16 2024
azfa

Rejimin məmurları azərbaycanlı fəal Həmid Mənafi Nadarlı həbs etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin məmurları Tehran şəhərində azərbaycanlı milli-mədəni fəal Həmid Mənafi Nadarlı həbs edib.

Azərbaycanlı fəalın iş yoldaşları onun yaxınları ilə əlaqə saxlayaraq Mənafi Nadarlının dünən iyulun 21-də axşam saatlarında öz iş yerində yaxalandığını deyiblər.

Azərbaycanlı fəalın hansı səbəbdən yaxalandığı və harada saxlanıldığı barədə hələlik heç bir məlumat yoxdur. Lakin güman edilir ki, 2014-cü ildə keçirilən Beynəlxalq Ana Dili Günü mərasimində iştirak etdiklərinə görə irqçi fars rejim tərəfindən barəsində çıxarılan həbs və sürgün qərarı ilə əlaqədar yaxalanıb.

Qeyd edək ki, Azərbaycanlı fəallar Əkbər Azad, Əlirza Fərşi, Behnam Şeyxi və Həmid Mənafi Nadarlı barəsində Baharistan İnqilab Məhkəməsinin 1-ci şöbəsi  tərəfindən 10 il həbs və 2 il sürgün qərarı çıxarılmışdır. Mənafi Nadarlı həmin dosye üzrə şərlənərək “Ölkənin təhlükəsizliyini pozmaq məqsədi ilə cəmiyyət yaratmaq”da günahlandıraraq 10 il həbs və 2 il Loristan əyalətinin Azna şəhərinə sürgün cəzasına məhkum etmişdi.

Yanvarın 20-də isə Tehran Apelyasiya Məhkəməsinin 54-cü şöbəsi azərbaycanlı fəallar Əkbər Azad, Əlirza Fərşi, Behnam Şeyxi və Həmid Mənafi Nadarlını 2014-cü ildə Tehranın yaxınlığında yerləşən Nəsimşəhrdə Beynəlxalq Ana Dili Günü mərasiminə qatıldıqları üçün əvvəlki qərarı 2 il həbs və 2 il sürgün cəzası ilə dəyişdirmişdir.

Həmçinin yoxlayın

“Traxtur”un uduzdurulmasından ürəyi dayanan “Traxtur” tərəfdarı torpağa tapşırılıb

GADTB: “Traktor” komandası ilə İsfahanın “Zob Ahan” komandaları arasında keçirilən oyun zamanı insult keçirən və …

İran XİN: “Azərbaycanın Tehrandakı səfirliyinin diplomatik fəaliyyətinin bərpası üçün hazırlıq görülüb”

GADTB: Bu gün İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani jurnalistlərlə keçiridiyi mətbuat konfransında Azərbaycanın …

Bir cavab yazın