Cümə , Sentyabr 22 2023
azfa

Rusiya ilə İran öz mənafeyi üçün Azərbaycandan istifadə edirlər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Rusiya və İran öz mənafeyi üçün, xüsusilə hər iki ölkənin beynəlxalq sanksiyalara davam gətirmək üçün bir sıra layihələr həyata keçirirlər. Həmin layihələr sırasına elektrik enerjisi körpüsü və Şimal-Cənub Nəqliyyat Dəhlizi də daxildir. Bu layihələr isə Azərbaycanın strateji mövqeyi ilə bağlı olaraq bu ölkədən keçir.

Xamneyinin beynəlxalq məsələlər üzrə müşaviri Əliəkbər Vilayəti Rusiya səfərinin yekunlarına dair Tehranda keçirdiyi brifinqdə bu layihələr barədə məlumat verərək deyib ki, ötən 2 il ərzində Rusiya ilə İran arasında 60 əməkdaşlıq sənədi imzalanıb və hər iki ölkə milli valyuta ilə ticarət mübadilələrini aparmaqda maraqlıdır. Vilayətinin sözlərinə görə, İranın Bəndər Abbas şəhərində 1400 meqavatlıq 4 elektrik stansiyası tikilib: “Ruslar istəyirlər ki, İran, Azərbaycan və Rusiya arasında elektrik enerjisi mübadiləsi körpüsü yaradılsın və lazım olanda, bu körpü vasitəsilə bu üç ölkənin elektrik enerjisinə olan ehtiyacı təmin olunsun”.

Müşavir qeyd edib ki, nüvə elektrik stansiyasının II fazasının təməlinin qoyulması 2019-cu ilin ikinci yarısında baş tutacaq. Bu stansiyanın  istehsal gücü 1000 mbv-dır.

“Şimal-Cənub dəhlizinin inkişafı ilə bağlı danışıqlarda Rusiya tərəfi təklif etdi ki, elektrikləşdirilməsi həyata keçirilən İncəburun- Gərmsar dəmir yolu Bəndər Abbas-Bafq-Sərəx dəmir yoluna birləşdirilsin. Əgər bu baş verərsə, Peterburq və Çabahar dəhlizinin böyük bir hissəsi inkişaf etdirilmiş olacaq”, – deyə o vurğulayıb.

Vilayəti onu da bildirib ki, Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı yaxın zamanlarda Qazaxıstan paytaxtında 5 ölkənin iştirakı ilə iclas keçiriləcək: “Astanada keçiriləcək  görüşün özəlliklərindən biri odur ki, Xəzəryanı ölkələr arasında bir sənəd imzalanacaq ki, üçüncü ölkələrin Xəzərdə iştirakına icazə verilməsin. Bu çox həssas məsələdir. ABŞ NATO vasitəsilə regionda körpü yaratmaq istəyir. İran, Rusiya və digər üç ölkə ABŞ-ın bu yuxusunun çin olmasına icazə verməyəcək”.

İran və Rusiyanın Suriyadakı əməkdaşlığına gəldikdə isə Vilayəti bildirib ki, bir çoxları Rusiyanın İranın Suriyadakı iştirakına qarşı olduğunu desələr də, Putin iki ölkənin regiondakı  əməkdaşlığının davam etdiriləcəyini söyləyib.

Suriya ilə bağlı Tehranda iclas keçiriləcəyini deyən Ə.Vilayəti bildirib ki, iclasda Rusiya və Türkiyə prezidentləri iştirak edəcək.

Həmçinin yoxlayın

Ceyhun Bayramov erməni təxribatlarını BMT-də nümayiş etdirdi

GADTB: Azərbaycan lokal antiterror əməliyyatlarına başladı və legitim hədəflərin zərərsizləşdirməsinə yönəlmişdi. Bu tədbirlər BMT Nizamnaməsində …

Molla rejimi etirazlarda öldürdüyü azərbaycanlı gəncin ailəsinə hücum etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin məmurları Güney Azərbaycanın Qəzvin şəhərindən …

Bir cavab yazın