Çərşənbə , Sentyabr 18 2024
azfa

Savalan dağında keçirilən mərasimdə yaxalanan azərbaycanlı fəallar sərbəst buraxıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, avqust ayının 9-da Savalan dağında keçirilən mərasimdə yaxalanan azərbaycanlı milli-mədəni fəalların hamısı 24 saat saxlandıqdan sonra sərbəst buraxılıblar.

Qeyd edək ki, avqust ayının 9-da Savalan dağına çıxmaq istəyən onlarla azərbaycanlı fəal dağın ətəyində düşərgədə  irqçi və işğalçı fars rejimin təhlükəsizlik qüvvələri tərəfindən yaxalanmışdılar.

Məlumata görə, azərbaycanlı türk fəallar Savalan dağında həmin məkana toplaşaraq mərasim keçirmişlər. Mərasimdə şeir və çıxışlar olub, həmçinin gənc musiqiçi Aysuda Məhəmmədpur tərəfindən aşıq mahnıları ifa edilmişdi.

Səhərə yaxın avqust ayının 10-da saat 3:30-da isə mərasim başa çatdıqdan sonra rejimin Məşgenşəhrdəki polis məmurları çoxsaylı mülki geyimli məmurlarla birlikdə milli-mədəni fəalların toplaşdığı düşərgəyə hücum hücum edərək onları yaxalamışdılar.

Azərbaycanlı fəalların yaxalanarkən polis tərəfindən güc tətbiq edilib və fəallardan bəziləri yaralanmışdı.

Yaxalanan fəallardan biri ailə üzvləri ilə qısa telefon əlaqəsi saxlayaraq, Meşginşəhr yaxınlığında yerləşən Ları şəhərinin təcridxanasına aparıldıqlarını bildirmişdi.

Yaxalan fəalların sayının təxminən 40 nəfər olduğu söylənildi. Onlardan bəzilərinin adları müəyyən edilmişdi: Aydın Zakiri, Tohid Əmir Əmini, Saleh Piçqanlu, Rza İbrahimi, Rəhim Noruzi, Muctaba Pərvin, Mustafa Pərvin, Yusif Kari, Mehdi Huşmənd, Babək Nikzad, Yunis Şokri, Cavad Şokri, Hüseyn Savalan, Məhəmməd Qohumzadə, Rəsul Qohumzadə, Əhməd Məhəmmədpur, Elman Məhəmmədpur, Aysuda Məhəmmədpur, Əhməd Məhəmmədpurun baldızı və …

 

Həmçinin yoxlayın

Güney Azərbaycanda bir neçə bloqqer həbs olunub

GADTB: Ərdəbil şəhər prokurorunun müavini Mürtəza Tahirifərd dünən Ərdəbildə bir neçə bloqqerin saxlanıldığını bildirib. Onun …

Livanda İran səfirinin gözü çıxıb, Tehrana aparılır

GADTB: Peycerin partlaması nəticəsində İranın Livandakı səfiri Müctəba Amani bir gözünü itirib, digər gözü isə …

Bir cavab yazın