Cümə axşamı , Oktyabr 15 2026
azfa

Sayın Mikayıl Oyta azərbaycanlılara irqi təhqirlərlə bağlı FİFA-ya müraciət etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliya Azərbaycan Assosiyası prezidenti və Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri sayın Mikayıl Oyta Perspolislə Güney Azərbaycanın Traxtur Futbol Komandası arasında Tehranda keçirilən yarış zamanı Perspolis-in fars tərəfdarlarının Azərbaycan türklərinə qarşı edilən irqi təhqirlər və söyüşlərlə bağlı FİFA-ya müraciət edib.

Cənab Oyta məktubunun bir hissəsində yazıb ki, 26 yanvar 2020-ci ildə Tehranın Azadi stadionunda Perspolislə Güney Azərbaycanın Traxtur komandası arasında keçirilən yarışda Perspolis tərəfdarları İran adlanan ölkədə Azərbaycan türklərinə qarşı irqi təhqir davranışına yol vermiş, türkləri irqi şüarlar və söyüşlərlə təhqir etmiş və Traxtur komandasının azərbaycanlı tərəfdarlarını kütləvi şəkildə daşa tutmuşlar.

Sayın Oyta İran adlanan ölkədə 40 milyon Azərbaycan türkünün futbol yarışlarında belə irqi təhqirlərə məruz qalmasını diqqətə çatdıraraq FİFA tərəfindən lazımi addımların atılmasını xahiş edib.

Sayın Mikayıl Oytanın məktubunun ingiliscə surətini təqdim edirik:

Həmçinin yoxlayın

Terror təşkilat olan İran Kürdüstanı Demokrat Partiyası Qərbi Azərbaycana qarşı ərazi iddialarını yenidən gündəmə gətirib

GADTB: İran Kürdüstanı Demokrat Partiyasının mərkəzi saytı “Böyük Kürdüstan” adlandırılan ərazinin xəritəsini yenidən yayımlayaraq Qərbi …

İsrail ordusu İrana qarşı məqsədli hücum üçün ən yüksək hazırlıq səviyyəsinə gətirilib

GADTB: “İsrael Hayom” nəşri xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi təlimlər …

Bir cavab yazın