Bazar ertəsi , İyul 27 2026
azfa

SENTCOM ABŞ-ın İranda gecə ərzində həyata keçirdiyi yeni hərbi əməliyyatların başa çatdığını açıqlayıb

GADTB: SENTCOM bildirib ki, prezidentin göstərişi ilə Amerika qüvvələri İranda bir sıra yeni hədəflərə qarşı əməliyyatlar həyata keçirib.

SENTCOM-un yaydığı bəyanata görə, əməliyyatlar İranın hərbi müşahidə infrastrukturunu, rabitə sistemlərini və hava hücumundan müdafiə mövqelərini hədəf alıb. ABŞ tərəfi bu addımların İranın davam edən “təcavüzkar və əsassız fəaliyyətlərinə” cavab olaraq atıldığını iddia edib.

SENTCOM-un bəyanatından:

Tampa, Florida — ABŞ Mərkəzi Komandanlığının (SENTCOM) qüvvələri iyunun 10-da ali baş komandanın əmri ilə İranda bir neçə hədəfə qarşı əlavə müdafiə xarakterli zərbələr endiriblər.

Bəyanatda qeyd olunur ki, ABŞ qüvvələri İranın hərbi müşahidə imkanlarına, kommunikasiya sistemlərinə və hava müdafiə mövqelərinə qarşı əməliyyatlar həyata keçirib. Əməliyyatlarda ABŞ-ın dəniz piyadaları, hava qüvvələri və hərbi dəniz qüvvələrinin bölmələri iştirak edib.

Amerika tərəfinin açıqlamasına görə, dəqiq idarə olunan sursatlardan istifadə edilməklə vurulan hədəflər ABŞ qüvvələri və bölgənin beynəlxalq sularından keçən ticarət gəmiləri üçün təhlükə hesab edilən obyektlər olub.

SENTCOM bəyan edib ki, bu əməliyyatlar İranın davam edən hücum xarakterli fəaliyyətlərinə cavab məqsədi daşıyır. Komandanlıq həmçinin vurğulayıb ki, ABŞ qüvvələri yüksək döyüş hazırlığı vəziyyətində qalır və zərurət yarandığı halda əlavə tədbirlər görməyə hazırdır.

Həmçinin yoxlayın

Azərbaycan İranın iki media qurumunun fəaliyyətini qanunsuz elan edib

GADTB: Azərbaycan Media İnkişaf Agentliyi (MEDİA) İranın “Səhər” telekanalı və “Mehr” xəbər agentliyinin Azərbaycandakı fəaliyyətinin …

Təbrizin Motojen Şirkətinin işçilərinin tətili beşinci gündür davam edir

GADTB: Təbrizdə fəaliyyət göstərən Motojen şirkətinin işçiləri beşinci gündür tətil aksiyasını davam etdirirlər. İşçilərin sözlərinə …