Cümə axşamı , İyun 1 2023
azfa

Süleymaniyyə və Kermanşahda baş verən zəlzələ Güney Azərbaycanı da titrədib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İraqda Süleymaniyyə məntəqəsində 7,2 bal,  Kirmanşahda isə 7,3 bal gücündə dəhşətli zəlzələ baş verib. Zəlzələ bir çox vilayətləridə, o cümlədən Mərkəzi əyalət, Həmədan, Şərqi və Qərbi Azərbaycanda hiss edilib. Zəlzələ Təbriz şəhərində 4,9 bal gücündə özünü göstərib. Təbrizdə, Urmiyada və başqa Azərbaycan şəhərlərində əhali küçələrə axışıb. Urmiyanın icra hakimi Abbas Həsənxani əhalini sakitliyə və evlərinə getməyə çağırıb. O deyib ki, zəlzələ güclü olduğundan Azərbaycanda da hiss edilib. Lakin narahatçılığa heç bir əsas yoxdur. Əhali öz evlərinə gedə bilər.

Yeraltı təkanların Azərbaycan Respublikasının cənub bölgəsində Lənkəran və Astara şəhərlərində də 4 bal gücündə hiss edildiyi bildirilir. Zəlzələ Naxçıvanda və başqa cənub rayonlarında da hiss edilib.

ABŞ Geoloji Araşdırmalar Mərkəzi İraqdakı zəlzələnin 7,2 bal gücündə olduğunu, mərkəzinin Hələbçənin 32 km cənub-qərbinə, 33,9 km dərinliyə düşdüyünü açıqlayıb.

Zəlzələnin yerli vaxtla saat 22:18:16-da baş verdiyini açıqlayıb. Zəlzələnin maqnitudası 7,2 bal, dərinliyi 19 km olub.

Kermanşah vilayətində xüsusilə dağıntılar var. Elektrik və telefon xətləri kəsilib. İlkin məlumata görə 4 nəfər ölüb və çox sayda yaralı var.

Həmçinin yoxlayın

İranın ABŞ-ın sanksiyalarında gizli yayındığı ifşa olundu

GADTB: Washington Post: “Mühacirətdə olan İran rejiminə müxalif qrupun açıqladığı gizli daxili sənədlər göstərir ki, …

Təbrizdə molla rejimin həbs etdiyi azərbaycanlı fəallara azadlıq tələbi- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimin Təbrizdə həbs etdiyi azərbaycanlı fəallara …