Çərşənbə axşamı , Aprel 20 2021
azfa

Süngünlü xanımlar əhalinin pulunu oğurlayıb məscid tikmək istəyən rejim rəsmilərini döydülər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Güney Azərbaycanın Süngün Mis Mədəninin sərvətlərini talamasına süngünlü qadınlar özünə məxsus şəkildə etiraz ediblər.

Vərziğan Süngün Mis Mədəni Kompleksinin rəhbərliyi mənimsədiyi vəsaitin hesabına Təbrizin Rizvanşəhr məhəlləsində bir məscid tikmək istəyib. Bu haqsızlığa isə məscidin təməlqoyma mərasimində azərbaycanlı xanımlar layiqli cavabı veriblər. Onlar təməlqoyma mərasimində iştirak edən bir neçə molla və irqçi fars rejimin rəsmisini döyərək qovublar.

Əhalinin sərvətlərini oğurlamaqla tikilən məscidin təməlqoyma mərasimində Xeyriyyə İşləri və Vəqflər İdarəsinin rəisi, Süngün Mis Mədəni Komplkesinin müdiri, Təbriz prokurorunun müavini, Vərziğanın İran parlamentindəki millət vəkili, Vərziğan Şəhər İcra Hakimiyyətinin başçısı, Təbriz 10-cu məhəllənin bələdiyə başçısı, Polis İdarəsinin rəhbərliyi və rejimin bir neçə rəsmisi iştirak etmişdir.

Xanımların etirazı nəticəsində Süngün Əhalisinin Saminul Əimmə Məscidinin təməlqoyma mərasiminin yarımçıq qoyub. Hətta məscidin təməlini qoymaq istəyən rəsmiər istifadə etdiyi külüng də atıb qaçıblar.

Azərbaycanlı etirazçılar bildiriblər ki, Mis Mədənini işlədən şirkət 30 ildir onların haqqını tapdayır. Süngün əhalisi isə işsiz və yoxsul vəziyyətdədir saxlanılıb. Böyük bir sərvətin sahibi olan yerli əhalinin bəzisinin evi belə yoxdur. Oğurlanan pullarla bu məscid necə tikilə bilər?! Bu hansı məntiqə sığır?!

Azərbaycanlı xanımların dediyinə görə Vərziğan Süngün Mis Mədəni Kompleksi Süngün kəndi qəbiristanlığının başqa yerə köçürülməsi ilə bağlı öhdəliyini də yerinə yetirməyib.

Qeyd edək ki, Güney Azərbaycanın Vərziğan bölgəsində yerləşən Süngün Mis Mədəni Yaxın Şərqin ən böyük mis mədənidir. İrqçi fars rejim müstəmləkəçi kimi Azərbaycanın digər mədənləri kimi bu mədənini də talayıb farslar yaşayan bölgələrə daşıyır.

Həmçinin yoxlayın

Qondarma erməni iddiaları sadəcə  siyasi məqsədlərə əsaslanan bir böhtandır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Fəxrəddin Altun …

Türkiyə Zəngəzur dəhlizinin inşasının başlandığını elan etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Türk dünyasını birləşdirəcək Zəngəzur dəhlizinin inşasının başlandığını …

Bir cavab yazın