Çərşənbə axşamı , Fevral 11 2025
azfa

“Təbriz Məşrutə Evi”də azərbaycanlı fəalların fars şovinizminə xəbərdarlıq və etirazları davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Təbrizin “Məşrutə Evi”də Azərbaycan Məşrutə Hərəkatının ildönümündən sonra azərbaycanlı fəalların fars şovinizminə və antitürk manqurdlara xəbərdarlıq və etirazları davam edir.  

Bir qrup azərbaycanlı milli-mədəni fəal Azərbaycan Məşrutə Hərəkatının ildönümündən sonra müxtəlif zamanlarda “Təbriz Məşrutə Evi”nə gedərək, irqçi fars rejimin və ona bağlı antitürk manqurdların Azərbaycana qarşı fitnəkarlıqlarını dayandırmaq məqsədilə onlara xəbərdarlıq ediblər.

“Təbriz Məşrutə Evi”nə gedən fəallar bu məqsədlə əllərində bir neçə yazılı plakard nümayiş etdirməklə Antiazərbaycan qüvvələrə edəcəkləri yeni fitnəkarlıqları ilə əlaqədar xəbərdarlıq ediblər. Plakardlarda “Burası Təbriz- şovinistə yer yoxdur”, “Ölüm olsun faşistə”, “Haray Haray mən türkəm”, “Azərbaycan var olsun , İstəməyən kor olsun” və şüarlarının yazıldığı plakardlar nümayiş etdiriblər.

Qeyd edək ki, irqçi fars rejimi avqustun 5-də Təbrizdə keçirilən “Məşrutiyyət Fərmanının ildönümü” mərasiminə antitürk mövqeyi ilə tanınan paniranistlərin baş nökəri Cavad Təbatəbayi də dəvət olunmuşdur. Lakin Azərbaycan əhalisi və milli-mədəni fəalların kəskin etirazı onun çıxışının ləğv olunmasına səbəb oldu.

Həmçinin yoxlayın

Ayxan Hacızadə: Ermənistan Azərbaycan ərazilərinə uzaq məsafəli zərbələr endirə biləcək hücum silahları əldə etməkdədir

GADTB: 44 günlük müharibə başa çatdıqdan sonra Ermənistanın hərbi xərcləri təqribən üç dəfə artaraq 2021-ci …

Tramp: “İran çox qorxur, narahatdı və yeni razılaşma axtarır”

GADTB: Dünən ABŞ prezidenti Donald Tramp deyib ki, İran hökuməti dərin narahatlıq və dəhşət içində, …

Bir cavab yazın