Bazar ertəsi , Oktyabr 26 2026
azfa

Təbrizdə sərnişin təyyarəsində “xoş gəldin” sözünün səslənməsi panfarsları qəzəbləndirdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Şərqi Azərbaycana məxsus “Ata” aviaşirkətinin təyyarəsində sərnişinlərin Azərbaycan türkcəsində “xoş gəldiniz”  sözü ilə qarşılanması panfarsların etirazı ilə qarşılaşıb.

Məlumata görə, bununla bağlı iranlı sosial media fəalı Əmir Seyyidin “X” hesabında paylaşım edərək öz rasistliyini göstərərək, etirazını bildirib.

O yazıb:“Ata” aviaşirkətinin 5056 nömrəli Tehran-Təbriz reysində təyyarə bələdçisi sərnişinlərə “xoş gəldin” deyib. Bunu maraqlandım və iki həftədir belə olduğunu dedilər. Bilmirəm İranın rəsmi dövlət dili dəyişib, yoxsa “Ata”  hava yolları şirkətinin rəhbərliyinə separatçılar gətirilib”.

Həmçinin yoxlayın

Məkkə sazişi ölkəkəri Tehrana səfər edib

GADTB: Pakistanın təklifi və İranın təşkilatçılığı ilə Tehranda İran, Pakistan, Türkiyə və Səudiyyə Ərəbistanı arasında …

BMT müharibənin İranda repressiyaları gücləndirdiyini bildirir

GADTB: BMT-nin İranda insan hüquqları üzrə xüsusi məruzəçisi Mai Sato deyib ki, müharibədən sonra İranda …