Çərşənbə , Oktyabr 28 2026
azfa

Təbrizdə təqaüdçülərin növbəti dəfə etiraz akisyası keçirdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən fevralın 20-də Təbriz təqaüdçüləri cari ildə dördüncü dəfə olaraq Şərqi Azərbaycan əyalətinin valiliyi qarşısına toplaşaraq öz təqüdlərinin az olmasına etirazlarını bildiriblər.

Etirazçılar “Haqqımızı almayınca susmayacağıq”, “Ləyaqətsiz məsul, istefa-istefa”, “Gəlirimiz riyalla, xərclərimiz dollarla” məzmunlu şüarlar səsləndiriblər.

Qeyd edək ki, bu, cari ildə təbrizli təqaüdçülərin keçirdiyi dördüncü etiraz aksiyasıdır. Onlar bundan öncə eyni istəklərlə yanvarın 16, 23 və 30-da etiraz aksiyası keçirmişdilər.

Etiraz edən təqaüdçilər təqaüdlərinin aşağı olmasına, rütbələndirmə və bərabərləşdirmə qanununun tətbiq olunmamasına etirazlatını bildiriblər. onlar həmçinin sığorta xidmətləri sahəsindəki problem və çatışmazlıqların həll edilməsi istəyiblər.

Həmçinin yoxlayın

Ermənistan parlamenti ABŞ-la TRIPP layihəsi üzrə sazişi təsdiqləyib

GADTB: Ermənistan parlamenti “Ermənistan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında TRIPP layihəsi üzrə strateji əməkdaşlıq …

Azərbaycanlı milli hərəkat fəalı Əbdüləziz Əzimi Qədim Evin zindanının 209-cu bölməsinə köçürülüb

GADTB: Azərbaycanlı milli hərəkat fəalı Əbdüləziz Əzimi Qədimə qarşı təhlükəsizlik və məhkəmə orqanlarının təzyiqlərinin davam …