GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejiminin terrorçu Sepah komandanı Məhəmməd Pakpur PKK/PJAK kürd terror qruplaşmasının komandanı ilə Türkiyə və Azərbaycana qarşı görüşərək anlaşıblar.
Rejim kürd terrorçularını Türkiyəyə qarşı dəstəkləyib və onlara Güney Azərbaycan dağlarında hərbi bazalar da tikiblər. Son günlərdə Türkiyə daxili işlər naziri Süleyman Soylu da Makıda 100 PKK terrorçusunun olduğunu açıqlamışdı.
Rejim həmçinin 2 milyona yaxın İraq kürdlərini Güney Azərbaycana məskunlaşdırandan sonra indi PKK/PJAK kürd terror qruplaşmasını da Azərbaycan ərazisində möhkəmləndirir.
İrqçi fars-molla rejimi yardım etdiyi PKK/PJAK kürd terror qruplaşmasının qarşısına günahsız azərbaycanlı əsgərləri çıxarıb və qəsdən atəş əmri vermədən terrorçular vasitəsilə onları güllələtdirir.