Çərşənbə axşamı , Oktyabr 27 2026
azfa

Tiflisdə Xocalı soyqırımı ilə bağlı aksiya keçirilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tiflisdə Xocalı soyqırımı ilə bağlı aksiya keçirilib. İ.Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycanın Dostları Klubunun və “Borçalı-İrəli” İctimai Birliyinin təşəbbüsü ilə Gürcüstanın paytaxtı Tbilisidə Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar yürüş-aksiya təşkil edilib.

Aksiya iştirakçıları Rustaveli metro stansiyasının qarşısından başlayaraq Gürcüstan parlamentinin Tbilisidəki binasınadək yürüş ediblər. Əllərində Azərbaycanın və Gürcüstanın bayraqlarını tutmuş gənclər yürüşboyu “Qarabağa azadlıq!”, “Xocalıya ədalət!”, “Gürcüstanın və Azərbaycanın torpaqları azad olunsun!” kimi şüarlar səsləndiriblər.

Xocalı soyqırımının tanıdılması və təbliğatı üçün gürcü dilində çap etdirilən bukletlər yolboyu Tbilisi sakinlərinə və turistlərə paylanılıb. Yürüş parlamentin qarşısında Xocalı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başa çatıb.

Aksiyada Gurcüstan Azərbaycanlı Huquqşünaslar Asossiasiyasının üzvləri də iştirak ediblər.

Həmçinin yoxlayın

ABŞ-ın “Apaçi” helikopterləri İranın “Şahid” dronlarını vurmaq üçün təlim keçdi

GADTB: ABŞ və İsrail ordularının ABŞ-da keçiriləcək aralıq seçkilərindən sonra İrana hücum planları hazırladığı barədə …

Tramp: İran İslam Respublikası ilə atəşkəs vaxt itkisi idi və mən bunu heç vaxt bəyənməmişəm

GADTB: ABŞ prezidenti Donald Tramp Missisipi ştatında keçirilən seçkiqabağı mitinqdə İran İslam Respublikası ilə atəşkəsi …

Bir cavab yazın