Şənbə , Aprel 18 2026
azfa

Tikantəpədə Azərbaycanın yeraltı sərvətlərin talanmasına etiraz davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Tikantəpə (Tekab) bölgəsində yerləşən Faqqılı kəndinin əhalisinin Azərbaycanın yeraltı sərvətlərinin qarət edilməsinə və fars şirkətlərinin ətraf mühitə vurduğu ziyana göz yumulmasına qarşı etirazları davam edir.

Kəndin əhalisi bir neçə gün əvvəldən yəni kənd yaxınlığında yerləşən Kəmər Bulaq məntəqəsində toplaşaraq daş mədənlərinin fəaliyyətinin dayandırılmasını tələb etmişdilər.

Həmin gündən əhali Qərbi Azərbaycan vilayətinin müxtəlif məsulları, o cümlədən valiyə müraciət edərək mədənin lisenziyasının ləğv edilməsini tələb etsələr də yerli məmurlar onların istəyinə məhəl qoymayıb.

Bundan sonar isə kənd əhalisi 500 kilometrlik etiraz yürüşünə başlayaraq etirazlarını cəmiyyətə çatdırmaq qərarına gəliblər.

Yerli sakinlər mədənin fəaliyyətinin kəndin bağları və əkin sahələrini yarasız vəziyyətə saldığı, yeraltı suları və çayları zəhərlədiyi, həmçinin tarixi abidələrə xəsarət yetirdiyini bildirirlər.

Azərbaycanlı fəallar və sosial şəbəkə istifadəçiləri rejimin müstəmləkəçilik siyasətinə öz etirazlarını bildirərək, social şəbəkələrdə kampaniyaya başlamışlar:

Azərbaycan mədənlərinin talnmasına yox! ( #نه_به_غارت_معادن_آزربایجان)

 Azərbaycan talandı, millət oyan amandı! (#آزربایجان_تالاندی / #میللت_اویان_آماندی ) #Stop_Looting_Azerbaijan’s _Mineral_Resources

Həmçinin yoxlayın

İran-ABŞ danışıqları bazar ertəsi günü keçiriləcək

GADTB: CNN telekanalı İran mənbələrinə istinadən verdiyi məlumata görə, Tehran və Vaşinqton arasında danışıqların növbəti …

Molla rejimin həbs etdiyi türkmən gənc Sağər Qulami girov qarşılığında müvəqqəti azadlığa buraxılıb

GADTB: İran Məhkəmə Hakimiyyətinin Media Mərkəzi 19 yaşlı gənc türkmən xanım ötən ilin dey ayında …

Bir cavab yazın