Çərşənbə , Aprel 24 2024
azfa

Türk dövlətlərinin səhiyyə nazirləri koronavirusa qarşı mübarizə məsələsini müzakirə etdilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türk Dövlətlərinin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv dövlətlərin Səhiyyə nazirlərinin videokonfrans formatında görüşü keçirilib.

Türk Şurası tərəfindən verilən açıqlamaya görə, videokonfrans formatında keçirilən görüşdə ölkəmizin səhiyyə naziri Fəxrəddin Koca,Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev, Türk Şurasının baş katibi Bağdad Amreyev, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosu direktoru Hans Klüqe, Qazaxıstanın səhiyyə naziri Eljan Birtanov, Qırğızıstanın səhiyyə naziri Sabirjan Abdikarimov, Özbəkistanın səhiyyə naziri Aleşer Şadmanov və Macarıstanın səhiyyə naziri (müşahidəçi ölkə) Zoltan Lourens arasında fikir mübadiləsi olub.

Müzakirələr zamanı hər bir nümayəndə öz ölkəsində “Covid-19” pandemiyası üzrə sanitar-epidemioloji vəziyyət, səhiyyə infrastrukturu, diaqnostika və müalicə, karantin tədbirləri və digər məsələlər ətrafında çıxış edib. Ölkə nümayəndələri epidemiyaya qarşı konkret əməkdaşlıq edilməsi barədə razılıq əldə ediblər.

Görüşdə Türk Dövlətlərinin Əməkdaşlıq Şurası çərçivəsində səhiyyə sahəsində əməkdaşlığın edilməsilə yanaşı Tərəflərin ekspertlərindən ibarət Birgə İşçi Qrup yaradılması qərara alınıb.

Bundan əlavə, “Covid-19” və digər təhlükəli infeksiyalar üzrə əməkdaşlıq və koordinasiyanın genişləndirilməsi məqsədi ilə üzv/müşahidəçi dövlətlərin aidiyyati nazirliklərinin ekspertlərindən ibarət Xüsusi Əməkdaşlıq Mexanizmi yaradılması və onun fəaliyyətinin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Katibliyi vasitəsilə tənzimlənməsi, pendemiyalar zamanı xəstəxanaların idarəedilməsi, laborator diaqnostika və həyati dəstək əhəmiyyətli tibbi avadanlıqlar ilə bağlı ehtiyacların qiymətləndilməsi, eləcə də ixtisaslı tibb mütəxəssislərindən ibarət qrupların yaradılmasına dair əməkdaşlıq və təcrübə mübadinin aparılması, təhlükəli infeksiyaların müalicə və profilaktikasında yeni metodların, o cümlədən, müvafiq vaksin, farmakoloji məhsulların və müalicə sxemlərinin hazırlanması sahəsində birgə əməkdaşlığın inkişaf etdirilməsi, “Covid-19” və digər təhlükəli infeksiyalar üzrə tibb mütəxəssisləri üçün bilik və bacarıqların inkişafı proqramlarının tətbiqi, eləcə də onlayn-təlimlərin təşkil edilməsi qərarı verilib. Sonda görüşün iştirakçıları “Covid-19” ilə mübarizə üçün birgə tədbirlərin hazırlanması və əlaqələndirilməsi məqsədilə gələcəkdə də belə görüşlər keçirməyə hazır olduqlarını bildiriblər. 

Həmçinin yoxlayın

Türk ölkələri Azərbaycan-Qırğızıstan arasında mühüm sənədlər imzalandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və …

Molla rejimi pulsuz bilet bəhanəsi ilə Traxtur komandslnl cərimələndi

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, dünən İranın Futbol Federasiyasının İntizam Komitəsi Güney Azərbaycanın …

Bir cavab yazın