Bazar ertəsi , Avqust 10 2026
azfa

Türk ordusu son 10 gündə 188 terrorçunu zərərsizləşdirildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin Milli Müdafiə Nazirliyi son 10 gündə 188 terrorçunun zərərsizləşdirildiyini bildirib

İraq və Suriyanın şimalında son 24 saat ərzində 21, son 10 gündə isə 188 terror təşkilatı PKK/YPG üzvü zərərsizləşdirilib.

Milli Müdafiə Nazirliyinin verdiyi açıqlamada “Terrorla mübarizəni qətiyyətli, aktiv və güclü şəkildə davam etdirən qəhrəman Türkiyə Silahlı Qüvvələri son 24 saat ərzində İraq və Suriyanın şimalındakı uğurlu əməliyyatlarla 21 PKK/YPG terrorçusunu zərərsizləşdirdi. Beləliklə, son 10 gündə cəmi 118 PKK/YPG terrorçusu zərərsizləşdirilib” deyilib.

Açıqlamada son terrorçu zərərsizləşdirilənə qədər əməliyyatların fasiləsiz davam edəcəyi vurğulanıb.

Həmçinin yoxlayın

ABŞ İranın Hörmüz boğazı ilə bağlı vədlərinə etibar etmir və onları yoxlayacaq

GADTB: ABŞ-ın vitse-prezidenti Cey Di Vens şənbə günü bildirib ki, İran ABŞ-a Hörmüz boğazından mümkün …

İsrail İrana qarşı ABŞ-dan müstəqil hərbi əməliyyata hazırlaşır

GADTB: İsrail mediasının məlumatına görə, İsrail ABŞ-ın iştirakı olmadan İran rejiminə qarşı birtərəfli hücumlar həyata …

Bir cavab yazın