Çərşənbə , Avqust 12 2026
azfa

Türk ordusunun cavab zərbələri ilə generallar və çox sayda hərbçi məhv edildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İdlibə təşkil edilən hücumdan sonra Türkiyə ordusunun həyata keçirdiyi cavab əməliyyatları zamanı Suriyanın bəzi yüksək rütbəli zabitləri və çoxsayda hərbçi həlak olub.

Ölənlər arasında Suriya ordusunun 124-cü briqada komandanı, general Burhan Rahmun da var. Məlumata görə, Əsədə yaxınlığı ilə bilinən general Hələb yaxınlığında pilotsuz aparatların evə endirdiyi zərbələr zamanı ölüb. Bildirilir ki, Türkiyə ordusu generalı izləyib və onu gizli obyekt kimi istifadə edilən evdə hərbi toplantı keçirərkən hədəfə alıb.

Həmçinin Türkiyə ordusunun həyata keçirdiyi cavab əməliyyatları zamanı daha 56 suriyalı əsgər zərərsizləşdirilib. Bununla da, son iki gün ərzində öldürülən suriyalı hərbçilərin sayı 360-ı ötüb.

Bu barədə Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb. Əməliyyatlar zamanı Suriya ordusuna məxsus 8 tank, 4 zirehli texnika, 5 ağır silah məhv edilib.

Türkiyə ordusu İdlib zonasında Suriyanın kimyəvi hərbi silah təsisatını hədəfə da alıb.

Məhv edilən laboratoriyanın Hələbin 13 km cənubunda yerləşdiyi bildirilir.

Qeyd edək ki, Suriya ordusunun hücumu nəticəsində İdlibdə 33 türkiyəli hərbçi şəhid olub. Cavab əməliyyatları zamanı 300-dən çox suriyalı əsgər zərərsizləşdirilib.

Həmçinin yoxlayın

Təqaüdçülər Güney Azərbaycan şəhərlərində etiraz aksyası keçiriblər

GADTB: Güney Azərbaycanın Həmədan və Təbriz şəhərlərində İran Telekommunikasiya Şirkətinin təqaüdçüləri ənənəvi həftəlik etiraz aksiyası …

ABŞ və İranın 60 günlük atəşkəsin uzadılmasına razılaşdığı bildirilir

GADTB: Bu gün ABŞ və İranın 60 günlük atəşkəsin uzadılması barədə razılığa gəldiyi bildirilib. Bununla …

Bir cavab yazın