Cümə , İyun 26 2026
azfa

Türk şəhəri Kərkükün ərəb əhalisi Türkiyədən kömək gözləyir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Kərkük vilayətində yaşayan ərəblər İŞİD terror qruplaşmasından azad edilən bölgənin infrastrukturunun bərpası üçün Türkiyədən dəstək gözlədiklərini açıqlayıb. Bu barədə “Anadolu” agentliyinə Kərkükün Ərəb Məclisinin üzvü Hətəm ət-Tayi danışıb.

“İnşaat və təmir sahəsində uğurlu işlər görən qonşu Türkiyənin dağıdılan bölgələrimizdə inkişafa dəstək verməsini və investisiya qoymasını gözləyirik”, – Ərəb Məclisi üzvü bildirib.

Bölgənin İŞİD-dən azad edilməsindən 10 aydan çox keçməsinə baxmayaraq, hələ də insanların evlərinə qayıtmadığını bildirən ət-Tayi əhalinin çadır düşərgələrində çətin şərtlərdə yaşamağa məcbur olduğunu qeyd edib.

 

Həmçinin yoxlayın

ABŞ və İran Dohada birbaşa hərbi rabitə kanalı barədə razılığa gəliblər

GADTB: ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens deyib ki, İsveçrədəki danışıqların əsas nəticələrindən biri gələcəkdə eskalasiyanın …

Çikaqo meri avqust ayını “Türk Mədəni İrsi Ayı” elan edib

GADTB: Çikaqo şəhərinin meri Brandon Conson Türkiyə-Amerika icmasının şəhərin mədəni, ictimai və iqtisadi həyatına verdiyi …

Bir cavab yazın