Bazar ertəsi , Oktyabr 12 2026
azfa

Türkiyə Rusiyadan 2,5 mlrd. dollar dəyərində 4 divizion “S-400” kompleksi əldə edir

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, Türkiyə Rusiyadan 2,5 mlrd. dollar  dəyərində 4 divizion “S-400” zenit-raket kompleksi əldə edir. APA-nın yaydığı məlumata görə, bu barədə “Rostex”in baş direktoru Sergey Çemezov “Kommersant”a verdiyi müsahibədə bildirib. 

Onun sözlərinə görə, Rusiya və Türkiyə “S-400”-lərin alınması üçün  Moskvanın kredit ayırmasına dair danışıqları başa çatdırıblar: “Yekun sənədləri təsdiqləmək qalıb. Kontrakt üzrə məbləğin 45 faizi avans şəklində, 55 faizini isə Rusiyanın təqdim edəcəyi kredit vəsaitləri hesabına ödəniləcək. Kompleksləri 2020-ci ilin martından  tədarük etməyə başlayacağıq”, – deyə o bildirib.

Moskva və Ankara arasında müvafiq saziş sentyabrın ortalarında imzalanıb.

Həmçinin yoxlayın

 İran mediası Azərbaycan haqqında saxta xəbərlər yayır

GADTB: İran Dövlət Radio və Televiziya Şirkətinin (IRIB) tərkibinə daxil olan azərbaycandilli “Səhər Azəri” kanalında …

Dəniz blokadasının İran ticarətinə təsiri: ticarətin həcmi 34 faiz azalıb, sərhədlərdə xərclər artıb

GADTB: İranın Ticarətin İnkişafı Təşkilatının rəhbəri bildirib ki, cari ilin ilk altı ayında ölkənin xarici …

Bir cavab yazın