Türkiyədə Çanaqqala şəhidlərinin xatirəsi yad edildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Çanaqqalada şəhidlərin xatirəsini yad etmək və Çanaqqala Dəniz Qələbəsinin 105-ci ildönümü ilə əlaqədar mərasim təşkil edilib.

İstanbulda Cümhuriyet meydanında keçirilən mərasimdə Çanakkale valisi Orhan Tavlı, Boğaziçi və qarnizon komandiri admiral Levent Kerim Uça və Bələdiyyə başçısı Ülgür Gökhan Atatürk abidəsinə əklil qoyublar.

Bu arada, “TCG Heybeliada” gəmisindən 21 ədəd  top atışı olub.

Şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və İstiqlal himninin səsləndirilməsindən sonra Türkiyə Böyük Millət Məclisi (TBMM) tərəfindən 1994-ci ildə 253 min şəhidin xatirəsinə 3972 saylı qanunla Çanaqqalaya verilən “Çanaqqala keçilməz” yazılı qızıl medal vali Tavlı və müşayiətindəkilər tərəfindən Türk bayrağına taxılaraq səmaya qaydırılıb.

Ədalət və İnkişaf Partiyasının (AK Partiya) Çanaqqaladan millət vəkili Jülide İskenderoğlu, Milliyyətçi Hərəkət Partiyasının (MHP) İstanbul Millət vəkili Hayati Arkaz, Çanakkale Onsekiz Mart Universitetinin rektoru Prof. Sedat Murat, hərbi və mülki səlahiyyətlilər və siyasi partiyaların nümayəndələri mərasimdə iştirak ediblər.

Qeyd edək ki, Çanaqqala Döyüşləri Birinci Dünya müharibəsi illərində 1915 – 21916 illəri arasında Osmanlı İmperiyası ilə Gelibolu yarımadasında Antanta dövlətləri arasında dəniz və quru döyüşləri olaraq bilinir.

Çanaqqalada qazanılan zəfər, İstiqlal mübarizəsində və Türkiyə Cümhuriyyətinin qurulumasında əhəmiyyətli bir rol oynamışdır.

Həmçinin yoxlayın

Zərşuran kəndində əhali etiraza qalxıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Qərbi Azərbaycan əyalətinin Zərşuran kəndində azərbaycanlı əhali martın …

İran Araz çayının radiasiya ilə çirklənməsini inkar edir

GADTB: “Arsheh Online” saytı xəbər verir ki, Araz çayı çirklənib və Ərdəbil əyalətin xərçəng xəstəliyinə …

Bir cavab yazın