Çərşənbə axşamı , Avqust 11 2026
azfa

Türkiyənin Menbiçlə bağlı şərtləri qəbul olunur

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu və ABŞ Dövlət katibi Mayk Pompeonun 4 iyunda Vaşinqtonda keçirəcəyi görüş zamanı razılıq əldə olunacağı halda PYD-YPG terror qruplaşması Menbiçdən çıxarılacaq.

Bundan sonra ərazinin təhlükəsizliyini ABŞ və Türkiyə qoşunları birlikdə təmin edəcək.

Məlumata görə, görüşlə bağlı müzakirələr zamanı Türkiyənin irəli sürdüyü şərtlər ətrafında fikir mübadiləsi aparmaq təklifi böyük ölçüdə qəbul olunub.

Xatırladaq ki, Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu tərəflərin Menbiçlə bağlı razılıq əldə edəcəyi halda təhlükəsizliyin birlikdə təmin olunacağını, bu modelin daha sonra başqa ərazilərdə tətbiq ediləcəyini açıqlamışdı.

 

Həmçinin yoxlayın

İraqda terrorçuları tərksilah planı SEPAH-ı hərəkətə keçirib

GADTB: İranın terrorçu İslam İnqilabının Keşikçiləri Korpusunun (SEPAH) Qüds qanadının komandanı İsmayıl Qaani Bağdada səfər …

Tramp: İran ABŞ əsgərlərinin və öz xalqının öldürülməsinə görə təzminat ödəməlidir

GADTB: ABŞ Prezidenti Donald Tramp bazar ertəsi bildirib ki, İranın son «50 il ərzində» ABŞ …

Bir cavab yazın