Bazar , Oktyabr 25 2026
azfa

Türkiyəyə qarşı terrorçuları dəstəkləyən İran yalan məlumat yaymaqdan da çəkmir

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, İran adlanan ölkənin Dövlət Televiziyası Türkiyə Silahlı Qüvvələrinin Afrində PYD terror qruplaşmasına qarşı kimyəvi silahdan istifadə etməsi barədə yalan məlumat məlumat yayıb.

“Hürriyyət”in yazdığı məlumata əsasən, televiziyanın heç bir fakta söykənmədən belə bir yalan məlumat yayması olduqca diqqət çəkib.

Televiziyaya məxsus İRİB saytı isə ərəb dilində yayımlan “Əl-Aləm”ə istinadən bənzər məlumat paylaşsa da, sonradan bəlli olub ki, “Əl-Aləm” ümumiyyətlə belə bir xəbər yaymayıb.

Ehtimallara görə, sözügedən KİV-lər terrorçu PYD-yə məxsus yayım orqanlarından bu məlumatları götürüblər. Maraqlı olan isə məhz İranın dövlətə bağlı KİV-lərinin bu yalanı tirajlamasıdır.

Həmçinin yoxlayın

ABŞ İrana yeni zərbələr dalğasına hazırlaşır

GADTB: “The Wall Street Journal” qəzeti hərbi planlaşdırma ilə tanış amerikalı rəsmilərə istinadən xəbər verir …

Təbriz bələdiyyəsinin sürücülərinin qeyri-müəyyən vəziyyəti davam edir, işdən çıxarılmaqla hədələnirlər

GADTB: Təbriz bələdiyyəsinin 10 bölgəsində çalışan sürücülərin Şəhər Şurasının qarşısında keçirdikləri etiraz aksiyasından təxminən iki …

Bir cavab yazın