Çərşənbə , İyul 16 2025
azfa

TÜRKSOY Azərbaycanla bağlı yeni kitabların təqdimatını keçirib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ankarada Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) mərkəzi qərargahında “Azərbaycan Xalq Cümhuriyyəti – 100. Biblioqrafiya”, “Qara Qarayev. Biblioqrafiya” kitablarının təqdimatı olub.

Təqdimatda rəsmi şəxslər, o cümlədən səfirlər, elm və mədəniyyət adamları iştirak ediblər.

Əvvəlcə Azərbaycanla bağlı sənədli film nümayiş olunub.

TÜRKSOY-un baş katibi, professor Düsen Kaseinov, Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun çıxışları dinlənilib.

Çıxışlarda Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, onun qısa və şərəfli ömür yolu, cümhuriyyətimizin ideyaları, XX əsrin sonunda dövlət müstəqilliyimizin bərpası, bu prosesdəki çətinliklər, o cümlədən ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyasından bəhs olunub. Azərbaycanın dövlət müstəqilliyinin bərpası və Ulu Öndərimiz sayəsində azadlığımızın qorunması milli sərvət kimi dəyərləndirilib.

Vurğulanıb ki, Azərbaycan Mədəniyyət Nazirliyi və Milli Kitabxanamız tərəfindən hazırlanan nəşrlər dövlətçilik tariximizin, o cümlədən mədəniyyətimizin, görkəmli şəxsiyyətlərimizin tanıdılması, gələcək nəsillərin məlumatlandırılması baxımından dəyərli vəsaitdir.

Natiqlər, Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi, o cümlədən Qara Qarayevin yubileyinin qeyd olunmasını ölkəmizdə möhkəm təməl üzərində formalaşan dövlətçilik ənənələrinin nümunəsi kimi dəyərləndiriblər.

Çıxışlarda, həmçinin Heydər Əliyev Fondu tərəfindən Azərbaycan mədəniyyətinə dair əsərlərin hazırlanması və beynəlxalq aləmə çatdırılması istiqamətində görülən böyük layihələrin nəticələrindən danışılıb.Tədbir çərçivəsində Azərbaycan Milli Kitabxanası tərəfindən ölkəmizin tarixinə, ənənələrinə, mədəniyyətinə aid kitablar sərgilənib.

Sonra tədbir panellər üzrə davam etdirilib. Milli Kitabxananın direktoru, professor Kərim Tahirov təqdim olunan nəşrlər və görülən digər işlər barədə ətraflı məlumat verib.

Tədbir çərçivəsində Qara Qarayev və digər Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı olub.

Həmçinin yoxlayın

Molla rejimin Azərbaycanın qərbində cinayətkar bandası Naci Şərifi Zindəşti Avropa Şurası tərəfindən sanksiyaya məruz qalıb

GADTB: İrqçi fars-molla rejimin Güney Azərbaycanın qərb bölgəsində yetişdirdiyi cinayətkar və terror bandasının başçısı Naci …

Molla rejimi öyrəncini sosial media paylaşımına görə həbs edib

GADTB: İrqçi fars-molla rejimi Təbriz Tibb Universitetinin Əczaçılıq fakültəsinin öyrəncisi və İslam Tələbə Birliyinin üzvü …

Bir cavab yazın