Bazar ertəsi , Oktyabr 26 2026
azfa

Urmiya gölüün suyu kəskin azaldığı üçün qırmızı rəngə çevrildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Həsən Ruhaninin Urmiya gölünün bərpa edilməsinə dair yalan iddialara baxmayaraq, Urmiya gölünün suyu kəskin azaldığı üçün gölün suyunun rəngi qırmızıya çevrilib.

Mütəxəssislərin fikrincə, gölün suyunun rənginin dəyişməsi suyun kəskin azalması nəticəsində şorluğun artması göldə yaşayan mikroorqanizmlərlə əlaqəlidir. Hər yay Urmiyada suyun səviyyəsi aşağı düşür və nəticədə duzun konsentrasiyası çoxalır.

Belə ki, göldə yetişən və əsl rəngi yaşıl olan dunaliella adlı birhüceyrəli yosunlar yüksək duzluluq şəraitində qırmızı rəngə boyanırlar.

Bəzi mütəxəssislər isə, Urmiya gölünün rənginin dəyişməsinə “Xalo bakter” adlı bir bakteriyanın səbəb olduğunu düşünürlər. Onların  fikrincə, suyun şorluğu, hər litrdə 400 qramı keçəndə bu bakteriya əmələ gəlir və bunun nəticəsində suyun rəngi qırmızıya çevrilir.

Son hadisə isə bir daha irqçi fars rejimin prezidenti Həsən Ruhaninin Urmiya gölünün bərpa edilməsinə dair sözlərinin yalan olduğunu bir daha sübut edir.

Həmçinin yoxlayın

Özbəkistan Səmərqəndin tarixi irsinin fars irsi kimi təqdim edilməsinə etiraz etdi; İranın səfiri çağırıldı

GADTB: Özbəkistan Xarici İşlər Nazirliyi İranın bəzi diplomatik nümayəndəliklərinin Səmərqəndin tarixi irsinin bir hissəsinin “İran-islam …

İran-ABŞ arasında vasitəçilik üçün Qətər nümayəndə heyəti Tehrana gedib

GADTB: “Al Araby Al Jadeed” nəşri xəbər verib ki, İran və ABŞ arasında vasitəçilik səyləri …

Bir cavab yazın