Çərşənbə axşamı , İyul 27 2021
azfa

Urmiya Universitetinin öyrənci və müəllimləri Urmiya gölünün qurtarılmasını tələb edir

GADTB-nin mətbuat mərkəzinin “Təsnim” xəbər agentliyinin saytına istinadən yaydığı məlumata görə, Urmiya universitetinin öyrənci və müəllimləri Urmiya gölünün qurtarılması tələbi ilə imza toplayıblar. Urmiya Universitetinin Su Mühəndisliyi Elmi Cəmiyyətinin katibi Məhəmməd Kuhani bu barədə deyib:

“Urmiya Universitetinin Mədəniyyət Bölməsinin keçirdiyi sərgidə cəmiyyət və təşkilatların fəaliyyətinin məhsulunu nümayiş etdirmək üçün münasib şərait yarandı”.

O bildirib ki, təmsil etdiyi cəmiyyət Urmiya gölünə dəstək vermək məqsədi ilə imza toplamaq üçün bir sərgi stendindən istifadə etdi. Sərgi öyrəncilər və müəllimlər tərəfindən rəğbətlə qarşılandı. Stend bir neçə saat sonra imzalarla doldu, bundan sonra biz daha bir neçə stend sifariş etdik. Qısa müddətdə bu qədər imzanın toplanması göstərdi ki, universitet öyrənciləri və müəllimləri Urmiya gölü böhranı ilə bağlı narahatdır.

Kuhani həmçinin qeyd edib ki, Urmiya gölü hamıya aiddir. Ona görə də gölün bərpası üçün elmi, əməli və ictimai tələbə ehtiyac var. Bu işi siyasiləşdirmək və ya cinahlar arası məsələlərə çevirmək doğru deyil.

Qeyd edək ki, Urmiya gölünün suyunun son ildə yenə azalması Azərbaycan türklərini hərəkətə gətirib. İran rejimi isə müxtəlif bəhanələrlə yenə gölün qurtarılmasından boyun qaçırır. Artıq maliyyə azlığı bəhanə edilib və gölün bərpası dayandırılıb.

Həmçinin yoxlayın

Azərbaycanlı siyasi məhbus Abbas Lisaninin telefon qadağası götürüldü

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan şəhərlərində 24 iyun etirazalarıı öncəsi azərbaycanlı …

Təbrizd həbs edilən Hadi Məhəmmədi zaminə buraxıldı, tutulanların bəzisinin siyahısı məlum oldu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanda 24 iyulda keçirilən aksiya zamanı və …