Çərşənbə , Oktyabr 21 2026
azfa

Urmiyada bannerlər quraşdırıldı: Bu qqn yerdə qalmayacaq

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən bir qrup azərbaycanlı fəal Urmiyada körpü və s. Yerlərə bannerlər quraşdırmaqla Urmiya gölünün qurudlmasına etirazlarını bildiriblər.

Azərbaycanlı fəallar tərəfindən hazırlanıb quraşdırılan bannerlərin üzərində qurudulan Urmiya gölünün şəkli əks olunmaqla “Bu qan yerdə qalmaz” şüarı əsk olunub. Banner Urmiyada körpüyə və başqa yerlərə asılıb.

Qeyd edək ki, son zamanlar azərbaycanlı-milli-mədəni fəallar Urmiya gölünün qəsdən İranın irticaçı fars rejimi tərəfindən qurudulmasına diqqət yönəltmək məqsədilə müxtəlif aksiyalar keçirirlər.

İran rejimi Azərbaycanla düşmənçilik məqsədilə gölə tökülən çayların qarşısını kəsərək gölü qurudub. Bu isə Azərbaycanda dəhşətli ekoloji fəlakətə yol açır.

Həmçinin yoxlayın

Təbrizdə Vahid Vidafərin bir paylaşımı bəyənməsinə görə 75 gündür həbsdə saxlanıldığı və taleyinin qeyri-müəyyən olduğu bildirilir

GADTB: Təbriz şəhərində yaşayan Vahid Vidafər həbs olunmasından 75 gün keçməsinə baxmayaraq, hələ də taleyi …

Azərbaycanlı siyasi məhbuslara təzyiqlər artır: Milli fəallar Təbriz həbsxanasında ümumi cinayət məhbuslarının saxlanıldığı kameralara köçürülüb

GADTB: Yayılan məlumatlara görə, Azərbaycanlı siyasi məhbuslar Yürüş Mehrəlibəyli, Əli Babayi və Əli Nəjadabbasi Bostanabadinin …