Çərşənbə axşamı , Avqust 11 2026
azfa

Vəhid Namidən şovinist baxışa qəti cavabı: Türk dili nə icazəyə, nə də izaha ehtiyac duyur – Video

GADTB: Türk rejissoru Vəhid Nami, filmini nə üçün türk dilində çəkdiyi və bunun ölkənin mərkəzində geniş istifadə olunan dildən nə ilə fərqləndiyi barədə jurnalistin sualına sərt və tənqidi cavab verərək ana dilində danışmaq və yaradıcılıq hüququnu müdafiə edib.

O bildirib ki, rejissor yalnız filmini hansı dildə çəkdiyinə görə öz seçimini əsaslandırmağa məcbur olmamalıdır. Nami vurğulayıb ki, kinoda türk dilindən istifadə təbii seçim və mədəni hüquqdur.

Rejissor əlavə edib ki, onun filmi məhz incəsənət və dil sahəsində formalaşdırılmış məcburi “olmalıdır” anlayışlarına qarşı çəkilib.

Vəhid Nami çoxdillilik sahəsində digər ölkələrin təcrübəsinə də toxunaraq bildirib ki, Kosovo kimi kiçik bir ölkənin üç rəsmi dili var və əhalisi hətta Təbrizin əhalisindən də azdır.

O qeyd edib ki, uzun illər dəyişməz qayda kimi təqdim olunan bir çox anlayış bu gün artıq dəyişib və şovinist, köhnəlmiş yanaşmaların kənara qoyulmasının vaxtı çatıb.

https://t.me/GADTB1/57206

Həmçinin yoxlayın

İraqda terrorçuları tərksilah planı SEPAH-ı hərəkətə keçirib

GADTB: İranın terrorçu İslam İnqilabının Keşikçiləri Korpusunun (SEPAH) Qüds qanadının komandanı İsmayıl Qaani Bağdada səfər …

Tramp: İran ABŞ əsgərlərinin və öz xalqının öldürülməsinə görə təzminat ödəməlidir

GADTB: ABŞ Prezidenti Donald Tramp bazar ertəsi bildirib ki, İranın son «50 il ərzində» ABŞ …