Bazar ertəsi , Oktyabr 26 2026
azfa

Vandan Urmiya gölünə su çəkmə layihəsi gündəmə gətirilir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Urmiyanın məclisdəki millət vəkili Seyid Hadi Bəhaduri Türkiyənin Van gölündən Urmiya gölünə suyun çəkilməsi ehtimalından xəbər verib.

O qeyd edib ki, Türkiyənin Van gölündən Urmiya gölünə suyun çəkilməsi tədqiqatı həyata keçirilib və layihənin həyata keçiriləcəyi ehtimal olunur.

Bəhaduri həmçinin qeyd edib ki, Van gölünün suyunun Urmiya gölünün suyuna uyğunluq məsələsi Marağa, Urmiya və Tehran Universitetlərinin laboratoriyalarında öyrənilib və Van gölündən suyun çəkilməsi Urmiya gölünün qurtarılması üçün ən münasib fürsət sayılır.

Bəzi ekspertlər də Van gölündən Urmiya gölünə suyun çəkilməsini ən ucuz və sürətli həll yolu hesab edirlər.

Həmçinin yoxlayın

Özbəkistan Səmərqəndin tarixi irsinin fars irsi kimi təqdim edilməsinə etiraz etdi; İranın səfiri çağırıldı

GADTB: Özbəkistan Xarici İşlər Nazirliyi İranın bəzi diplomatik nümayəndəliklərinin Səmərqəndin tarixi irsinin bir hissəsinin “İran-islam …

İran-ABŞ arasında vasitəçilik üçün Qətər nümayəndə heyəti Tehrana gedib

GADTB: “Al Araby Al Jadeed” nəşri xəbər verib ki, İran və ABŞ arasında vasitəçilik səyləri …

Bir cavab yazın