Şənbə , Oktyabr 24 2026
azfa

WP: “ABŞ İrana qarşı hərbi ssenarilərə hazırlaşır”

GADTB: “The Washington Post” qəzeti xəbər verir ki, son bir ay ərzində ABŞ Yaxın Şərq və İran ətrafına onlarla hərbi təyyarə və təxminən 12 hərbi gəmi yerləşdirib.

Məlumata görə, bu yerləşdirmə çərçivəsində ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) əməliyyat zonasına daxil olan “Tomahawk” raketləri ilə təchiz edilmiş üç esmines, habelə, “Abraham Linkoln” təyyarədaşıyan gəmisi də bölgəyə yönəldilib.

Qəzet yazır ki, bu birləşmə ötən ilin oxşar hərbi yığılmasından daha kiçik olsa da, hazırda Donald Trampa İrana qarşı “etibarlı hərbi təhdid” imkanı verir.

Pentaqonun keçmiş rəsmisi Dana Stroll qeyd edib ki, əgər prezident əmr verərsə, bu dəfə əməliyyat teatrı konkret bir hədəfə deyil, daha geniş “hücum variantları”nı əhatə edə bilər./ Azad İran

Həmçinin yoxlayın

ABŞ İrana yeni zərbələr dalğasına hazırlaşır

GADTB: “The Wall Street Journal” qəzeti hərbi planlaşdırma ilə tanış amerikalı rəsmilərə istinadən xəbər verir …

Təbriz bələdiyyəsinin sürücülərinin qeyri-müəyyən vəziyyəti davam edir, işdən çıxarılmaqla hədələnirlər

GADTB: Təbriz bələdiyyəsinin 10 bölgəsində çalışan sürücülərin Şəhər Şurasının qarşısında keçirdikləri etiraz aksiyasından təxminən iki …