Çərşənbə , Avqust 26 2026
azfa

Xamneyi və Ruhani dünən rejimin paradına silahlı hücum barədə hədə-qorxu gəlməyə başlayıblar

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Xamneyi və Ruhani dünən rejimin paradına silahlı hücum barədə hədə-qorxu gəlməyə başlayıblar.

Əli Xamneyi iddia edir ki, Əhvaz şəhərində hərbi parada silahlı aktının arxasında ABŞ rəhbərliyi altında fəaliyyət göstərən dövlət durur.

Xamneyi deyib: “Əhvazdakı dəyərli vətəndaşlarımızın öldüyü və muzdlu terrorçular tərəfindən törədilən amansız və kədərli faciə İran milləti düşmənlərinin pis niyyətini bir daha nümayiş etdirdi. Bu cinayətlər bizim sevimli ölkəmizdə təhlükəli vəziyyətin yaradılması məqsədi güdən ABŞ-ın regiondakı əlaltılarının sui-qəsdidir”.

İrqçi və işğalçı fars rejimin prezidenti Ruhani də deyib ki, ABŞ-ın dəstəklədiyi Körfəz ölkələri Əhvazdakı hücuma görə məsuliyyəti üzərinə götürən Əhvaz Ərəb Demokratik Hərəkatına maliyyə və hərbi yardımlar göstərir.

Qeyd edək ki, Ələhvaz şəhərində hərbi parad zamanı təşkil olunan hücum nəticəsində ölənlərin sayı 25, yaralıların sayı isə 60-dan çox olub.

 

Həmçinin yoxlayın

ABŞ molla rejimi ilə əlaqəli 60-a yaxın şəxs, şirkət və gəmini sanksiyaya məruz qoyub

GADTB: ABŞ Maliyyə Nazirliyi İran İslam Respublikası ilə əlaqəli 60-a yaxın şəxs, şirkət və gəmiyə …

Molla rejimin həbs etdiyi Əsgər Əkbərzadənin səhhəti ağırlaşıb; məhbus yoldaşları onun təcili xəstəxanaya köçürülməsini tələb edir

GADTB: Ərdəbil Mərkəzi Həbsxanasında həbsdə saxlanılan azərbaycanlı fəal Əsgər Əkbərzadənin səhhəti ağırlaşıb. Şiddətli qarın ağrısı …

Bir cavab yazın