Şənbə , İyul 27 2024
azfa

Xristianların müsəlmanlara hərbi təcavüzünü pisləyən Rəhim Sasanini terrorçu Sepah işgəncə edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın antiislam rejimi iyulun 16-da Güney Azərbaycan şəhərlərində müsəlman Azərbaycana xristian Ermənistanın təcavüzünü pisləmək məqsədilə keçirilən mitinqlərdə iştirak edənlərə divan tutub və yaxaladığı onlarla azərbaycanlıdan Rəhim Sasanini həbsə edərək, terrorçu sepahın ETTELAAT bölməsində işgəncə edir.

Həmid Sasani 5 gün əvvəl Təbrizdə zindandan terrorçu Sepah-ın təcridxanasına köçürülüb.

Xristianların müsəlmanlara hərbi təcavüzünü pislədiyinə görə antiislam İran rejiminin həbs etdiyi fəal əlavə şərlənmə məqsədilə terrorçu Sepah-ın təcridxanasına köçürülüb və orada işgəncə edilir. Rejimin Təbrizdəki İnqilab məhkəməsinin müstəntiqi Musəvi də Rəhim və Sədullah Sasaninin dosyelərinin “daha ətraflı araşdırmalar aparmaq məqsədilə” Sepah-a verildiyini bildirib.

Sədullah Sasani və Rəhim Sasani əmioğludurlar.

Qeyd edək ki, Ermənistanın Tovuz istiqamətində Azərbaycan ərazisinə hücumundan sonra iyulun 16-da azərbaycanlı milli fəallar Azərbaycan Respublikasının Təbrizdəki Konsulluğu və Ermənistanın Tehrandakı səfirliyinin önündə, həmçinin Urmiya, Zəncan, Sulduz, Ərdəbil və s. şəhərlərin bəzi meydanlarında Azərbaycana dəstək mitinqləri keçirməyə cəhd etdilər. Hər il erməniləri təşkilatlandırıb Türkiyə və Azərbaycana qarşı mitinqə çıxaran antiislam İran rejimi Xocalı soyqırımı və Azərbaycana təcavüzlə bağlı bütün tədbirlərə vəhşicəsinə divan tutmuşdur. Bu dəfə də Azərbaycanlı fəalların dinc mitinqinə divan tutulub və onlar yaxalanaraq zindanda işgəncə edib.

Həmçinin yoxlayın

Arazdəyənin üzərində Azərbaycan Bayrağı dalğalanır

GADTB: Arazdəyənin üzərindəki strateji yüksəklikdə Azərbaycan bayrağı dalğalanır. Bu barədə məlumat və fotonu erməni vəkil …

“Türk əsri”ni qurmaq üçün bütün sahələrdə böyük səylər göstəririk

GADTB: İkinci Dünya müharibəsi qaliblərinin iqtisadi, siyasi, hərbi və diplomatik maraqlarını qorumaq üçün qurulan hazırkı …

Bir cavab yazın