Şənbə , Oktyabr 17 2026
azfa

Yaponiya körfəzə hərbi təyyarələr və döyüş gəmiləri göndərir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Yaponiya da Körfəzə irqçi fars rejimə qarşə qarşı hərbi qüvvə göndərir. Bu ölkə 2020-ci ilin əvvəllərindən körfəzə hərbi təyyarələr və döyüş gəmiləri yerləşdirmək qərarına gəlib.

Bununla bağlı Yaponiya Nazirlər heyəti bu gün keçirilən iclasında məlumat verib.

Bundan əvvəl ABŞ və Avropa ölkələri bölgədə gəmiçilik azadlığını qorumaq üçün fərqli dəniz ittifaqları elan etmişdilər. Ancaq Yaponiya ABŞ-ın rəhbərlik etdiyi Körfəzi Gəmilərini Müdafiə Qüvvələrində iştirak etməkdən imtina etmiş, ancaq bir tədbirlər görəcəyini bildirmişdi.

Cari ilin may və iyun aylarında, ABŞ-ın İrana tətbiq etdiyi neft sanksiyalarının ikinci mərhələsinin həyata keçirilməsindən sonra, körfəzin cənubundakı limanlarda, eləcə də bir neçə gəmidə partlayışlar baş verib. İran hökuməti, qoşunlarının bölgədəki gəmilərin qorunması üçün məsuliyyət daşıdığını bildirib. Lakin bəzi digər ölkələr bu qüvvələri tankerləri partlatmaqda və Hörmüz boğazından keçən bir neçə gəmiyə maneə törətməkdə günahlandırıblar.

Həmçinin yoxlayın

Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir

GADTB: Ermənistan Azərbaycanla enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Bunu Rusiya Enerji Həftəsi çərçivəsində ““3+3” …

Molla rejimin əlaltıları Azərbaycana qarşı aksiya keçirdilər

GADTB: Dünən molla rejimin əlaltıları Azərbaycanın Təbrizdəki Baş konsulluğunun binasının qarşısında Azərbaycanda vahid məktəb geyimi …

Bir cavab yazın