Çərşənbə axşamı , Avqust 25 2026
azfa

Yunan və türk döyüş gəmiləri Aralıq dənizində üz-üzə gəlir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə və Yunanıstan hərbi dəniz qüvvələrinin Şərqi Aralıqda eyni zamanda hərbi təlimlər keçirəcəyi iddia edilib. Bu barədə “Yeniakit.com.tr” saytı məlumat yayıb.

Belə ki, 4 sentyabr tarixində Türkiyənin təlimlər üçün elan etdiyi bölgədə Yunanıstan tərəfi də təlimlər keçirəcəyini bəyan edib. Bu səbəbdən Şərqi Aralıqda bu gün saat 10:00 və 03:00-da tərəflər arasında gərginliyi yaşanması ehtimalı yüksəkdir.

Məsələ ilə bağlı açıqlama verən türkiyəli jurnalist Ceyhun Bozqurd bildirib ki, Türkiyənin ərazidə qazma-kəşfiyyat işlərini davam etdirəcəyi ilə bağlı qətiyyətli açıqlaması Afinanı özündən çıxarıb:

“Yunanıstan buna qarşı həmlə etmək istəyir”.

Həmçinin yoxlayın

Molla rejimin həbs etdiyi Əsgər Əkbərzadənin səhhəti ağırlaşıb; məhbus yoldaşları onun təcili xəstəxanaya köçürülməsini tələb edir

GADTB: Ərdəbil Mərkəzi Həbsxanasında həbsdə saxlanılan azərbaycanlı fəal Əsgər Əkbərzadənin səhhəti ağırlaşıb. Şiddətli qarın ağrısı …

Tramp: İran İslam Respublikası etirazçılar etiraz etmədikləri zaman belə onları öldürür

GADTB: ABŞ Prezidenti Donald Tramp bildirir ki, “İranı dağıdan İran İslam Respublikası etirazçıları hətta etiraz …

Bir cavab yazın