Bazar ertəsi , Oktyabr 12 2026
azfa

Zəngəzur dəhlizi ilə Azərbaycan və Türkiyə arasında yeni elektrik bağlantısı yaradılacaq

GADTB: Azərbaycanın energetika naziri Pərviz Şahbazov Azərbaycan-Türkiyə 5-ci Enerji Forumunda çıxışı zamanı bildirib Zəngəzur dəhlizi vasitəsilə Azərbaycan və Türkiyə arasında yeni elektrik bağlantısının yaradılması nəzərdə tutulur.

O qeyd edib ki, rəqəmsallaşma, süni intellekt, data mərkəzlərinin inkişafı və elektrikləşmənin genişlənməsi enerji sistemləri qarşısında yeni tələblər yaradır. Bu isə yeni generasiya gücləri ilə yanaşı, daha güclü şəbəkələr, enerji saxlanc sistemləri və ölkələri birləşdirən yeni elektrik bağlantıları tələb edir.

Nazirin sözlərinə görə, Azərbaycan və Türkiyənin neft-qaz layihələri ilə Şərq və Qərb arasında yaratdığı enerji bağlantılarının elektrik enerjisi və yaşıl enerji dəhlizləri ilə genişləndirilməsi nəzərdə tutulur. Məqsəd Xəzərin və Mərkəzi Asiyanın “yaşıl enerjisi”nin Azərbaycan və Türkiyə üzərindən Avropaya çatdırılmasıdır.

Pərviz Şahbazov bildirib ki, Naxçıvanın Zəngəzur dəhlizi vasitəsilə Azərbaycanın vahid elektrik enerjisi sisteminə qoşulması da bu yanaşmanın tərkib hissəsidir. “Bu istiqamətdə Cəbrayılda enerji infrastrukturu yaradılıb. Növbəti mərhələdə Zəngəzur dəhlizi vasitəsilə Naxçıvan və Türkiyə ilə elektrik bağlantısının yaradılması nəzərdə tutulur. Beləliklə, söhbət Azərbaycan və Türkiyə arasında yeni elektrik xəttindən gedir”, – nazir deyib.

O əlavə edib ki, layihə Xəzərin hər iki sahilində yerləşən Türk dövlətlərinin enerji sistemlərinin əlaqələndirilməsinə də imkan verəcək.

Həmçinin yoxlayın

Təbriz şəhərinin meri: Tehrandan vəsait gətirmək əvəzinə, Təbrizdən 4 trilyon tümən aparmaq istəyirlər!

GADTB: Təbriz şəhərinin meri Yaqub Huşyar İran İslam Respublikasının bəzi parlament üzvlərini və rəsmilərini sərt …

Skott Bessent: İran İslam Respublikası dağılmaq üzrədir, tezliklə təslim olmaq üçün yalvaracaqlar; Berlin divarı da bir gündə uçdu

GADTB: ABŞ-ın maliyyə naziri Skott Bessent oktyabrın 11-də, bazar günü “Fox News” telekanalına müsahibəsində İran …