Çərşənbə axşamı , Oktyabr 27 2026
azfa

Əfqanıstan yenə Talibannın nəzarətinə düşür

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, “Taliban” hərəkatının döyüşçüləri Əfqanıstan ərazisinin 70 faizində açıq fəaliyyət göstərir. Bu barədə məlumat Britaniyanın BBC yayım korporasiyasının yanvarın 30-da dərc etdiyi tədqiqatın nəticəsində öz əksini tapıb.

Tədqiqatın nəticəsinə əsasən, taliblər ölkənin 14 rayonuna tam nəzarət edir və 263 rayonda mütəmadi hücumlar həyata keçirir. Hücumların əksəriyyəti Əfqanıstanın şərqində yerləşən Nanqarhar əyalətində qeydə alınır. Hökumətin nəzarətində olan 122 rayon da silahlıların hücumuna məruz qalır.

2014-cü ildə Amerikanın başçılıq etdiyi beynəlxalq qüvvələrin hərbi kontingenti Əfqanıstanı tərk etdikdən sonra ölkədə gərginlik xeyli artıb. Bunun ardından cənub rayonlarının bir çoxu “Taliban” hərəkatının nəzarətinə keçib. Son zamanlar bəzi kənd rayonlarında üstünlüyə yiyələnən silahlılar böyük şəhərlər istiqamətində də hücumlarını davam etdirir. Həmçinin regionda İŞİD qruplaşması da aktiv fəaliyyət göstərir.

Əfqanıstanda fəaliyyət göstərən “Taliban” hərəkatı 1994-cü ildə sovet qoşunlarının təcavüzü nəticəsində ölkəsini tərk etməyə məcbur olmuş və Pakistan mədrəsələrində təhsil almış qaçqınlar tərəfindən yaradılıb.

Həmçinin yoxlayın

Məkkə sazişi ölkəkəri Tehrana səfər edib

GADTB: Pakistanın təklifi və İranın təşkilatçılığı ilə Tehranda İran, Pakistan, Türkiyə və Səudiyyə Ərəbistanı arasında …

BMT müharibənin İranda repressiyaları gücləndirdiyini bildirir

GADTB: BMT-nin İranda insan hüquqları üzrə xüsusi məruzəçisi Mai Sato deyib ki, müharibədən sonra İranda …

Bir cavab yazın