Bazar ertəsi , Avqust 24 2026
azfa

Ərdoğanın Fələstini dəstəklədiyi üçün İsrailin kürd dövlətini tanıması gündəmdə

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ərdoğanın erməniləri hər zaman dəstəkləyən Fələstini dəstəklədiyi üçün İsrailin kürd dövlətini tanıması gündəmə gəlib. İsrail parlamentinin deputatlarından biri kürd dövlətinin rəsmi şəkildə tanınması ilə bağlı təklif irəli sürüb. Yisrael Beiteinu (İsrail Evimiz) partiyasından olan adı açıqlanmayan millət vəkili Türkiyə, İraq və Suriyanın bəzi ərazilərində “yaradılacaq” kürd dövlətinin tanınması ideyasının tərəfdarı olduğunu söyləyib.

Məlumata görə, İsrail siyasətçiləri bu kimi fikirlərlə ABŞ səfirliyinin Qüdsə köçürülməsinə və onlarla fələstinlinin öldürülməsinə sərt etiraz edən Türkiyədən qisas almaq məqsədi güdür.

Qeyd edək ki, bundan öncə də bəzi İsrail rəsmiləri qondarma erməni soyqırımın tanınması ilə bağlı çağırışlar etmişdi.

 

Həmçinin yoxlayın

Tanınmış azərbaycanlı fəal Abbas Lisaninin 59-cu doğum gününü həbsxanada keçirdi

GADTB: Avqustun 23-ü Azərbaycanın milli-mədəni fəalı və siyasi məhbus Abbas Lisaninin 59 yaşı tamam oldu. …

Molla rejimi gəmilərin Hörmüz boğazından keçidinə görə haqq alınmasını parlamentdə təsdiqlədi

GADTB: Molla rejimi gəli əldə etmək məqsədilə gəmilərin Hörmüz boğazından keçidinə görə haqq alınmasını parlamentdə …

Bir cavab yazın