Aylıq Arxivlər: Noyabr 2025

“İran raket materiallarını Çindən daşıyıb”

GADTB: “The National Interest” saytı yazıb ki, İran BMT sanksiyalarına baxmayaraq ballistik raket proqramını genişləndirməyə davam edir. Avropa kəşfiyyat mənbələrinə istinadən bildirilib ki, raket istehsalında istifadə olunan mühüm komponent- natrium perxloratın bir neçə partiyası Çindən İranın Bəndər Abbas limanına çatdırılıb. Məlumata görə, İsrail və İran arasında müvəqqəti atəşkəs qüvvədə olsa …

Ətraflı oxu »

Evin həbsxanasında Tahir Nəqəvi və Vədud Əsədiyə dəstək məqsədilə Murtəza Pərvinin rəsm sərgisi keçirilib

GADTB: Siyasi məhbus, təsviri və səhnə sənətləri üzrə tanınmış azərbaycanlı rəssam Murtəza Pərvinin bir günlük abstrakt rəsm sərgisi 25 aban 1404-cü il tarixində Evin həbsxanasının 7-ci korpusunda təşkil olunub. Sərgidə Murtəza Pərvinin cəmi 5 gün ərzində, minimal imkanlarla çəkdiyi 50 rəsm əsəri məhbusların nümayişinə təqdim edilib. Muvtəza Pərvin sərgini 5 …

Ətraflı oxu »

Tahir Nəqəvinin anası: “Xalqdan istəyirəm ki, susmasınlar”

GADTB: Evin həbsxanasında saxlanılan və Vədud Əsədi ilə birlikdə aclıq aksiyasında olan azərbaycanlı vəkil Tahir Nəqəvinin anası, vəkil Sina Yusifinin yayımladığı video-müraciətdə belə deyib: “Əziz millətə salam. Övladımı günahsız yerə həbsdə saxlayırlar; onu ağır şəraitdə, ac və susuz, soyuq təkadamlıq kamerada tuturlar. Xalqdan istəyirəm ki, susmasınlar və onun qanuni hüquqlarını …

Ətraflı oxu »

Vədud Əsədinin həyat yoldaşı azərbaycanlı siyasi məhbusların aclıq aksiyasına qoşuldu – Video

GADTB: Azərbaycanlı siyasi məhbuslar Vədud Əsədi və Tahir Nəqəvinin aclıq aksiyasının 21-ci günündə, Vədad Əsədinin həyat yoldaşı da həmrəylik məqsədilə aclıq aksiyasına başladığını elan edib. Vədud Əsədinin həyat yoldaşı, milli fəal Zəhra Purəsəd yayımladığı mesajda həyat yoldaşının vəziyyətinə və məsulların biganəliyinə etiraz olaraq aclıq aksiyasına qoşulduğunu bildirib. O, həm həyat …

Ətraflı oxu »

Təbrizdə Dr. Əbülfəzl Rəncbrinin ittihamları üzrə ikinci məhkəmə iclası keçiriləcək

GADTB: Universitet müəllimi və vəkillər kollegiyasının üzvü olan Dr. Əbülfəzl Rəncbrinin ittihamları ilə bağlı ikinci məhkəmə iclası 27 aban çərşənbə axşamı günü Təbriz İnqilab Məhkəməsinin 3-cü şöbəsində, hakim Həsən Fəthnijadın sədrliyi ilə keçiriləcək. Qeyd edək ki, birinci məhkəmə iclası 10 aban tarixində baş tutmuşdu. Dr. Rəncəbri 14 ordibehişt 1404-də evinin …

Ətraflı oxu »

Xəzəryanı dövlətlərin nümayəndələri görüşü keçiriləcək

GADTB: Noyabrın 18-19-da İranın Gilan vilayətinin Rəşt şəhərində Xəzəryanı ölkələrin sahilyanı regionlarının rəhbərlərinin görüşü keçiriləcək. Görüşdə beş Xəzəryanı dövlətin (Azərbaycan, Rusiya, İran, Qazaxıstan, Türkmənistan) nümayəndələri iştirak edəcəklər. İki gün davam edəcək görüşdə qarşılıqlı ticarət əlaqələrinin inkişafı, nəqliyyat-tranzit məsələləri, balıqçılıq, qarşılıqlı sərmayə yatırımı, ekologiya, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin infrastrukturu və digər …

Ətraflı oxu »

Ynet: “SEPAH Hizbullaha silah və pul ötürmək üçün yeni qaçaqmalçılıq marşrutları yaradıb”

GADTB: İsrail mediası “Ynet” yazır ki, hava və quru yollarının bağlanması, habelə, SEPAH-ın Qüds qanadının yüksək rütbəli komandirlərinin öldürülməsi fonunda İran və Hizbullah silah və maliyyə ötürülməsi üçün yeni şəbəkə formalaşdırıb. Məlumata görə, əvvəlki marşrutların çökdürülməsinə baxmayaraq, SEPAH son bir ildə Hizbullaha silah və yüz milyonlarla dollar çatdırmağın alternativ yollarını …

Ətraflı oxu »

Təbrizdə genişmiqyaslı vərəqələr yayıldı: “Azərbaycan öz yolunu gedir”

GADTB: Azərbaycan milli hərəkatı fəalları 1404-cü ilin aban ayının 24-ü axşam saatlarında Təbrizin müxtəlif məntəqələrində milli tələblərlə bağlı şüarlar və etiraz məzmunlu vərəqələr paylayıblar. Vərəqələrdə yer alan həştəqlər “öz müqəddəratını təyinetmə haqqı”, “milli hərəkatın müstəqilliyi” və “hər cür hakimiyyət təzyiqinin rəddi” kimi mövzular əsasında hazırlanıb. Şüarlar Azərbaycan toplumunun mərkəzçi siyasətlərə, …

Ətraflı oxu »

Nəyyirə Nəqəvi azadlıq tələb edən qardaşı Tahir Nəqəviyə dəstək üçün aclıq aksiyasına başladı – Video

GADTB: Evin həbsxanasında saxlanılan azərbaycanlı vəkil Tahir Nəqəvinin bacısı Nəyyirə Nəqəvi 1404-cü ilin aban ayının 20-də yayımladığı videomüraciətdə “qardaşının azadlıqsevər səsinə dəstək olmaq üçün” bu gündən aclıq aksiyasına başladığını elan edib. Nəyyirə Nəqəvi videoda bildirib ki, qardaşının aclıq aksiyasının iyirminci günündə onun “dinc etirazına və azadlıq çağırışına” dəstək məqsədilə özü …

Ətraflı oxu »

Vədud Əsədi: “Əgər dilim və qələmim təsir etməzsə, bəlkə ölümüm Vətənimizin azadlığı yolunda iz buraxar”

GADTB: Evin həbsxanasında saxlanılan azərbaycanlı siyasi məhbus Vədud Əsədi aclıq aksiyasının iyirminci günündə yayımladığı məktubda bildirib ki, əgər sözləri təsirsiz qalarsa, ölümünün bəlkə də vətənin azadlığı uğrunda təsirli ola biləcəyinə inanır. Məktubda o, özünü “Evin həbsxanasında saxlanılan Azərbaycan əsiri” kimi təqdim edərək 1404-cü ilin aban ayının 25-də aksiyanın iyirminci gününü …

Ətraflı oxu »