Şənbə , Aprel 25 2026
azfa

Aylıq Arxivlər: Dekabr 2025

Güney Azərbaycanın Təbriz və Həmədan şəhərlərində təqaüdçülər etiraz aksiyası keçiriblər

GADTB: Bu gün səhər saatlarında İran Telekommunikasiya Şirkətinin Təbriz və Həmədan şəhərindəki təqaüdçüləri yenidən ənənəvi həftəlik etiraz aksiyası keçiriblər. Təqaüdçülər pensiyalarının artırılmamasına, vaxtında ödənilməməsinə və qanunla nəzərdə tutulmuş başqa haqlarının pozulmasına etirazlarını bildiriblər. Qeyd edək ki, təqaüdçülərin etiraz aksiyası tələbləri təmin olunmadığına görə 3 ildən çoxdur hər həftə keçirilir. https://t.me/GADTB1/46913

Ətraflı oxu »

Azərbaycan Milli Məclisində Azərbaycan dili ilə bağlı konfrans keçirilib

GADTB: Azərbaycan Milli Məclisində “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” mövzusuna həsr edilən Konfrans keçirilib. Konfransda elm və təhsil naziri Emin Əmrullayev, AMEA-nın prezidenti İsa Həbibbəyli, AYB-nin sədri Anar Rzayev, Audiovizual Şuranın sədri İsmət Səttarov, deputatlar və digərləri iştirak edib. Konfransda Prezident İlham Əliyevin AMEA-nın …

Ətraflı oxu »

Türk ordusu üç istiqamətdən Suriyaya daxil oldu – Video

Türkiyə Silahlı Qüvvələri üç istiqamətdən – Afrin, Ras əl-Ayn və Hələbin şimalından Suriyaya daxil olub. Bu barədə Türkiyə mətbuatı yazıb. Bildirilib ki, hərbçilər xüsusilə Menbiç xəttinə doğru irəliləyirlər. Eyni zamanda, Dəməşq hökuməti kürd terrorçuların işğal etdiyi Deyr əz-Zora artilleriya və PUA (pilotsuz uçuş aparatı) ilə dəstəklənən əlavə qüvvələr göndərib. Türkiyə …

Ətraflı oxu »

Kərəcdə azərbaycanlı fəallar və hüquqşünaslar Tahir Nəqəvinin ailəsini ziyarət etdilər

GADTB: Bir qrup azərbaycanlı fəal və hüquqşünas şənbə günü Kərəc şəhərində olaraq, hazırda Evin həbsxanasında aclıq aksiyasını davam etdirən milli fəal Tahir Nəqəvinin ailəsini evində ziyarət ediblər. Görüşün, eyni həbsxanada aclıq edən digər azərbaycanlı fəal Vədud Əsədinin də sağlamlıq durumu ilə bağlı artan narahatlıqlar fonunda keçirildiyi bildirilir. Görüşün məqsədi ailənin …

Ətraflı oxu »

Urmiyə Universitetinin tələbəsi Qərbi Azərbaycanın valisi qarşısında: “Sahibsiz olan məmləkətin batması haqdır, biz sahib olursaq bu vətən batmayacaqdır”- Video

GADTB: Urmiyə Universitetinin bir tələbəsi 1404-cü ilin Azər ayının 16-da İranda “Tələbə günü” münasibətilə keçirilən tədbirdə Qərbi Azərbaycan valisinin iştirakı ilə çıxış edərək Urmiyə gölünün bərpasının ümumi iradə tələb etdiyini bildirib və bir neçə şeir oxumaqla hazırkı vəziyyətə etirazını ifadə edib. Tələbə çıxışında qeyd edib ki, Urmiyə gölünü yalnız sosial …

Ətraflı oxu »

“Koroğlu” tamaşası 15 min tamaşaçı həddini keçdi – Azərbaycan teatrında rekord

GADTB: “Koroğlu” tamaşası geniş ictimai maraqla qarşılanaraq Azərbaycan teatrında yeni rekorda imza atıb və tamaşaçı sayı 15 min nəfəri keçib. Bu uğur, bundan əvvəl Təbriz Şəhər Şurasının bəzi üzvləri tərəfindən irəli sürülən tənqidlərə və tamaşanın məhdudlaşdırılması yönündəki cəhdlərə baxmayaraq əldə olunub. Lakin tamaşa ətrafında yaradılmaq isənilən “həyəcan”a rəğmən, ictimaiyyətin böyük …

Ətraflı oxu »

Ehsan Fəridinin edam hökmünə etiraz etdiyinə görə azərbaycanlı vəkilə “ictimai rəyi çaşdırmaq” ittihamı irəli sürülüb

GADTB: Ailəsinə yaxın mənbələrin verdiyi məlumata görə, cənubi azərbaycanlı hüquqşünas və hüquq müdafiəçisi Yılmaz Mehrəlibəyli 26 azar tarixində aldığı çağırış vərəqəsindən sonra Ümumi və İnqilab Prokurorluğunda olub. O, göndərilən bildirişə əsasən, prokurorluğun 1-ci dadyarlıq şöbəsində dindirilərək ifadəsi alınıb. Ailəsinin bildirdiyinə görə, ona qarşı açılan yeni iş üzrə irəli sürülən ittiham …

Ətraflı oxu »

Avstraliyanın Sidney şəhərində Türk festivalı keçirildi- Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün Avstraliyanın Sidney şəhərində Türk festivalı keçirilib. Bu festival Türkiyə Assosiyası, Avstraliya Azerbaycan Assosiyası və digər Türk ölkələrin assosiyaları ilə birlikdə keçirildi. Azərbaycan türkləri tərəfindən Avstraliya Azərbaycan Assosiasiyası böyük bir stendlə festivala qatılmışdır. Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Beynəlxalq əlaqələr Departamentinin …

Ətraflı oxu »

Hüseyn Amani-Nadarlinin vəziyyəti ilə bağlı məhkəmə orqanları heç bir məlumat vermir

GADTB: Bir neçə gün öncə Şəbəstər şəhərində işlədiyi yerdə molla rejimin qüvvələri tərəfindən saxlanılan azərbaycanlı milli fəal Hüseyn Amani-Nadarlinin ailəsi onun vəziyyəti və saxlanma yeri barədə hələ də heç bir məlumat əldə edə bilmədiklərini bildirir. Ailənin sözlərinə görə, son günlər ərzində Təbriz və Şəbəstər prokurorluqlarına dəfələrlə müraciət edilsə də, nə …

Ətraflı oxu »

Xıyavın Əhmədava kəndindəki “Bal-Bal” daş abidələri məhv olmaq üzrədir

GADTB: Xıyav (Mişkinşəhər) bölgəsinin Əhmədava (Əhmədabad) kəndində yerləşən “Bal-bal” daş abidələrinin iki nümunəsi tamamilə məhv olmaq təhlükəsi ilə üz-üzədir. Ərdəbildə fəaliyyət göstərən “Mirəsban” mədəni irs fəallarının məlumatına görə, hündürlüyü təxminən dörd metr olan və Dəmir dövrünə aid edilən bu iki daş abidə uzun illərdir nəzarətsiz vəziyyətdə, təbii təsirlər və insan …

Ətraflı oxu »