Bazar ertəsi , Avqust 24 2026
azfa

Azərbaycandan Fransanın Avropa və xarici işlər naziri Jan Noel Baronun Azərbaycan əleyhinə səsləndirdiyi fikirlərə etiraz

GADTB: Azərbaycan dünyanın bir çox yerlərinə münasibətdə xarici siyasəti iflasa uğramış Fransanın bölgəmizdə destruktiv fəaliyyətinə son qoyulmasını bir daha tələb edir.

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadənin Fransanın Avropa və xarici işlər naziri Jan Noel Baronun Azərbaycan əleyhinə səsləndirdiyi fikirlərə dair şərhində bildirilib.

Qeyd olunub ki, Fransanın Avropa və xarici işlər naziri Jan Noel Baronun “France Inter” kanalına müsahibəsi zamanı “Azərbaycanın Ermənistana münasibətdə beynəlxalq hüququ pozduğunu” bildirməsi bu ölkənin Azərbaycana qarşı növbəti əsassız və qərəzli münasibətin, beynəlxalq hüquqa dayaz və səthi yanaşmanın göstəricisidir.

Vurğulanıb ki, Azərbaycan bütün addımlarında beynəlxalq hüququ və ədaləti əsas götürüb:

“Ölkəmizin beynəlxalq hüquqa zidd davrandığını iddia etmək absurddur və Fransanın bunun əksini sübut edəcək heç bir dəlili yoxdur. Maraqlıdır ki, özünü beynəxalq hüququn təbliğatçısı və ədalətin təminatçısı kimi təqdim edən Fransa heç zaman Azərbaycana münasibətdə beynəlxalq hüququn bütün norma və prinsiplərini kobud şəkildə pozulmasını tənqid etməyib. Bir milyona yaxın azərbaycanlını öz doğma yurd-yuvasından didərgin salmıış, kütləvi qırğınlar və insanlığa qarşı cinayətlər törətmiş, Ermənistan ərazisindən kütləvi şəkildə deportasiya edilmiş yüz minlərlə azərbaycanılının qayıdış hüququnu heçə sayan Ermənistanı qurban kimi təqdim etmək yanlış siyasətdən xəbər verir”.

Həmçinin yoxlayın

Evin həbsxanasında beş azərbaycanlı fəalın sağlamlıq vəziyyətinin ağırlaşması barədə hesabat: aclıq aksiyasından sonra verilən müalicə vədləri hələ də nəticəsiz qalıb

GADTB: Evin həbsxanasında saxlanılan azərbaycanlı siyasi məhbusların fiziki vəziyyəti ilə bağlı yayılan hesabata əsasən, bir …

Basent: “İran rejiminə qarşı son mərhələyə daxil olmuşuq”; tarixdə düşmənə qarşı ən böyük maliyyə hücumu başlayır

GADTB: ABŞ-ın maliyyə naziri Skott Basent Donald Tramp administrasiyasının İran İslam Respublikasına qarşı kampaniyasının “son …