Çərşənbə , Oktyabr 21 2026
azfa

Millət vəkili: “İran artıq atom bombası yaratmalıdır”

Bu gün İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının üzvü Əhməd Bəxşayeş Ərdəstani “Didar News” saytına müsahibəsində atom bombasının yaradılmasını Tehran üçün zərurət adlandırıb.

Onun sözlərinə görə, buna nail olandan sonra bir neçə ay Tehranla Qərb arasında gərginlik olacaq.

“Biz artıq qaynayan sanksiya qazanına düşmüşük. Qərb dövlətləri ölkəmizə daha çox sanksiya tətbiq edə bilməz. Əgər biz atom bombası yaratsaq, ən çoxu 6 ay müddətinə gərginlik yaşayacağıq, daha sonra isə Qərb bizdən niyə nüvə silahı istehsal etdiyimizi soruşacaq… İranın mütləq nüvə silahına ehtiyacı var, çünki hər halda biz Yaxın Şərqin lövbəriyik… Çətin ki, Qərb ölkələri bizimlə müharibə etmək istəyər. İranın yüksək hərbi çəkindirmə qabiliyyəti olduğuna görə ABŞ və İsrail Tehrana hücum etməyəcək”, – o, vurğulayıb. / Azad İran

Həmçinin yoxlayın

Netanyahu İrana qarşı genişmiqyaslı hücumların bərpası üçün təzyiq göstərir

GADTB: İsrail İranın mülki infrastrukturuna, nüvə obyektlərinə və hökumətə aid hədəflərə bir neçə gün davam …

Təbrizdə Vahid Vidafərin bir paylaşımı bəyənməsinə görə 75 gündür həbsdə saxlanıldığı və taleyinin qeyri-müəyyən olduğu bildirilir

GADTB: Təbriz şəhərində yaşayan Vahid Vidafər həbs olunmasından 75 gün keçməsinə baxmayaraq, hələ də taleyi …