Şənbə , Aprel 19 2025
azfa

Molla rejimi salmaslı fəala 9 ildən çox həbs cəzası verdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Güney Azərbaycanın Salmas şəhərindən olan azərbaycanlı milli fəal Həmia Abbasiyə 9 ildən çox həbs cəzası verib.

Həmid Abbasinin Salmas əyalətində saxta ittihamlarla həbs, işgəncə və doqquz il, doqquz ay və beş gün həbsə məhkum edilib. Molla rejimi heç bir günahı olmayan fəala ümumilikdə 6 il həbs cəzası istəyib.

9 il 9 ay və 5 gün həbsə məhkum edilmiş fəal avtomat qapıların quraşdırılması və təmiri sahəsində çalışır. O hesab edir ki, ona və ailəsinə qarşı molla rejimin təzyiqləri qardaşı Cavad Abbasinin ölkəni tərk edərək ABŞ-dan sığınacaq istəməsindən sonra başlayıb.

Qaçqın qardaşı geri qaytarmaq üçün ailəyə sistemli təzyiq

Abbasinin dediyinə görə, Cavad mühacirətə getdikdən sonra Səlmasda rejimin ETTELAAT İdarəsi onu, anasını və digər qardaşını dəfələrlə ETTELAAT-a çağırıb, psixoloji və emosional təzyiq göstərərək Cavadın İrana qaytarılmasına cəhd etməyi xahiş edib. Ananın ağlaması və fəryadının müşayiəti ilə telefon danışığından istifadə də məmurların təklif etdiyi üsullardan biri olub. Bu üsullar nəticə vermədikdən sonra rəsmi dindirmələr və fiziki təzyiqlər güclənib.

Həmid Abbasi öz günahsızlığını vurğulamaqla yanaşı, müstəqil və ədalətli mühakimə olunmasını tələb edir.

Qeyd edək ki, 2024-cü il oktyabrın 30-da Salmasda təhlükəsizlk məmurları tərəfindən saxlanılan Abbasi. bir müddət sonra 700 milyon tümən girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılmışdı.

O, ötən həftə başqa 3 salmaslı fəalla birlikdə yenidən həbs edilib, başqa 3 fəal dindirildikdən sonra sərbəst buraxılsa da, Abbasi təcridxanada saxlanılıb.

Həmçinin yoxlayın

MOSSAD rəhbəri İrana görə Uitkofla görüşə gedir

GADTB: MOSSAD-ın direktoru David Barnea və İsrailin strateji işlər naziri Ron Dermer ABŞ-ın Yaxın Şərq …

May Sato İranda siyasi məhbuslarla bağı xəbərdarlıq etdi

GADTB: BMT-nin İran üzrə xüsusi məruzəçisi May Sato Tehranın Evin həbsxanasında saxlanılan və edam üçün …