İsrail Tehranın qərbindəki hərbi obyektlərə güclü zərbələr endirib – Video

GADTB: İsrail Tehranın qərb hissəsində yerləşən hərbi obyektlərə güclü hava hücumu təşkil edib.

Hücum nəticəsində zərər və ya insan tələfatı barədə məlumat verilməyib.

Hücum zamanı Tehranda hava hücumundan müdafiə sistemləri işə salınıb.

Qeyd edək ki, İsrail 13 iyun gecəsi İranın nüvə proqramına qarşı yönəlmiş “Qalxan Şir” əməliyyatına başlayıb. Bundan bir gün sonra İran cavab hücumu həyata keçirib. Sonrakı günlərdə isə tərəflər qarşılıqlı raket zərbələri ilə bir-birinə hücum ediblər.

Tərəflər hücumlar nəticəsində ölən və yaralananların olduğunu, həmçinin bir sıra obyektlərin vurulduğunu təsdiqləsələr də, zərərin məhdud olduğunu bildiriblər.

İsrailin İrana endirdiyi zərbələr nəticəsində hələlik azı 406 nəfər ölüb, 654 nəfər yaralanıb.

Video:

https://t.me/GADTB1/43049

Həmçinin yoxlayın

Müctəba Xameneinin ölməsi ehtimal edilir

GADTB: Son saatlarda sosial mediada İranın yüksək rütbəli rəsmilərinin həlak olduğunu göstərən görüntülərin yayılması geniş …

Sayın Mikayil bəy Oyta və sayın Sara xanım Azərsun Sidneydə 23 April Uşaklar Günü tədbirində- Video

GADTB: 23 Aprel Uşaqlar Günü münasibətilə Avstraliyanın Sidney şəhərində Türk Öz Təşkilatı tərəfindən tədbir təşkil …