Molla rejimin həbs etdiyi azərbaycanlı fəallar Urmiya gölünün qurudulmasına etiraz olaraq aclıq aksiyasına başladıalr

GADTB: İrqçi fars-molla rejimin həbs edib və Böyük Tehran Həbsxanasında həbsdə saxladığı azərbaycanlı fəallar Urmiya gölünün İran İslam Respublikası tərəfindən qəsdən qurudulmasına etiraz olaraq cümə günündən etibarən aclıq aclıq aksiyasına başlayırlar.

Məhəmmədrza Fəqihi, Mahmud Ocaqlı, Mürtəza Pərvin, Tahir Nəqəvi, Əlirza Vəfayi və Vədud Əsədi cümə günü səhər saat 8:00-dan başlayaraq 48 saatlıq aclıq aksiyası keçirirlər.

Böyük Tehran Həbsxanasında məhbus olan fəallar bundan əvvəl etiraz bəyanatı verərək yaxın günlərdə simvolik aclıq aksiyası keçirəcəklərini açıqlamışdılar.

Qeyd edək ki, irqçi fars-molla rejimi Urmiya gölünə tökülən çayların qarşısını kəsməklə gölü qurudub.

Həmçinin yoxlayın

WSJ: İran ABŞ ritorikasını yumşaltsa, danışıqlara hazırdır

GADTB: The Wall Street Journal qəzetinin məlumatına görə, İran vasitəçilər üzərindən ABŞ-a mesaj göndərərək, prezident …

Təbrizdə “Qlobal” şirkətinin zərərçəkmişləri və sürücülər etiraz aksiyası keçirib

GADTB: 5 ordibehişt 1405-ci il tarixində Təbrizdə “Qlobal” nəqliyyat şirkətinin sürücüləri və zərərçəkmişləri şəhər prokurorluğunun …