Cümə axşamı , Oktyabr 22 2026
azfa

İsrailin İrana yenidən hücumu ehtimalı güclənir

GADTB: İsrailin keçmiş müdafiə naziri Yoav Gallant televiziyaya müsahibədə İranla qarşıdurmanın qaçılmaz olduğunu bildirib və rəsmi Tel-Əvivin buna dərhal hazırlaşmalı olduğunu vurğulayıb.

Gallant açıqlamasında deyib: “O gün mütləq gələcək və bu dəfə əvvəlkindən fərqli olacaq. Əgər Xameneyi bu raundda aradan qaldırılmasa da, yeni müharibə olacağı halda onun məhv edilməsi İsrailin istənilən planının bir hissəsinə çevrilməlidir”.

O, İsrailin son əməliyyatlarda müəyyən uğurlar əldə etdiyini desə də, bunun arxayınlıq yaratmaması barədə xəbərdarlıq edib:

“Bu, vaxt apara bilər, amma İran imkanlarının bir hissəsini yenidən quracaq. Onlar hazırda ballistik raketlərin hazırlanması üzərində işləyirlər. Biz tam hazır olmalıyıq, çünki növbəti qarşıdurma əvvəlkindən fərqli olacaq”.

Həmçinin yoxlayın

ABŞ-ın dəniz blokadasının təzyiqi ilə İranın “kölgə donanması”ndakı neft ehtiyatları tükənir

GADTB: “The Wall Street Journal” qəzetinin yeni hesabatı göstərir ki, İranın Cənub-Şərqi Asiya sularında yerləşən …

Molla rejimin SEPAH terror təşkilatı müharibəni regionda genişləndiriləcəyi ilə hədələdi

GADTB: SEPAH terror təşkilatının sözçüsü Hüseyn Möhibbi region ölkələrini müharibənin əhatə dairəsini genişləndirməklə hədələyib. O, …