Şənbə , İyun 20 2026
azfa

Fars bloger Azərbaycanda Şəhidlərə hörmətsizlik etdi – Video

GADTB: İranda tanınmış fars bloger Milad Hadinejad sosial mediada böyük narazılıq yaradıb.

Hadinejad Bakı şəhərindəki Şəhidlər Xiyabanında qeyri-etik videolar çəkərək paylaşmaqla yanaşı, Əbədi Məşəl abidəsi barədə yalnış məlumat yayıb.

Blogerin bu hərəkəti sosial şəbəkələrdə şəhidlərin xatirəsinə hörmətsizlik kimi qiymətləndirilib və kəskin tənqidlərə səbəb olub.

İctimaiyyətin fikrincə, tanınmış şəxslərin belə davranışları cəmiyyətin dəyərlərinə zərbə vurur və onlar məsuliyyətlə cəlb edilməlidirlər.

Azərbaycanlı sosial şəbəkə istifadəçiləri bu blogerin cəzalandırılmasını tələb edirlər.

Video:

https://t.me/GADTB1/44888

Həmçinin yoxlayın

Hörmüz boğazının mərkəzi hissəsi hələ də bağlıdır; 80 dəniz minası təhlükə yaradır

GADTB: Britaniyanın “The Guardian” nəşri yazır ki, Hörmüz boğazının mərkəzi hissəsi hələ də təxminən 80 …

İsrailli ekspert: Türkiyə ilə İsrail arasında 8 əsas gərginlik ocağı var; “Türkiyə yeni İrandır”

GADTB: İsrailli siyasi təhlilçi Eytan Lasri Türkiyə ilə İsrail arasında münasibətlərin son onilliklərin ən gərgin …