AKP hakimiyyəti türk düşməninə görə Türkiyəni illik 9.5 milyard dollar zərərə uğradıb

GADTB: AKP hakimiyyəti türk əsgərini qəddarcasına qovmuş Fələstinə görə İsraillə ticarət əlaqələrini kəsdib illik 9.5 milyard dollar Türkiyəni zərərə uğrayıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Dohada keçirilən Ərəb-İslam sammitində bu zərərə etiraf edərək deyib ki, hesab edirəm ki, İsrail iqtisadi təzyiqə də məruz qalmalıdır. Əvvəlki təcrübələr belə tədbirlərin effektivliyini göstərir.

Onun sözlərinə görə, Türkiyə İsraillə bütün ticarət əlaqələrini bir il yarım müddətinə dayandırıb.

“Nəticədə illik 9,5 milyard dollar itiririk”, – Ərdoğan vurulayıb.

Qeyd edək ki, Birinci Dünya müharibəsi illərində İngiltərənin əlində alətə çevrilən fələstinlilər Osmanlı dövlətinə divan tutdu. Həmin dövrdən indiyədək onların bütün Türk Dünyasına qarşı çıxdığı heç kimə sirr deyildir. Fələstin lideri Şərif Hüseyn 10 sentyabr 1916-cı il tarixli ikinci bəyannaməsində deyilirdi: “İslam dünyasındakı bütün qardaşlarımı bu dağıdıcı, təxribatçı, axmaq və alçaq türklərə itaət etməməyə çağırıram. Allaha asi olanlara itaət olunmayacaq!” Məşhur ingilis casusu Lorensin ərəb qəbilələrinə payladığı qızıllar ərəb dünyası üçün Sultan-Xəlifənin İstanbulda elan etdiyi cihaddan daha cəlbedici oldu. Fələstin ərəbləri türk əsgərini qətliam edərək Fələstindən qovub, yurdlarına İngiltərəni gətirdi. İngiltərə də İsraili yaratdı. İndi isə Türkiyənin və Türk Dünyasının mənafeyini türk düşməni Fələstinə satan AKP hakimiyyəti başını çevirib yüz il öncəsinə baxıb bu həqiqətləri görürmü?!

Həmçinin yoxlayın

WSJ: İran ABŞ ritorikasını yumşaltsa, danışıqlara hazırdır

GADTB: The Wall Street Journal qəzetinin məlumatına görə, İran vasitəçilər üzərindən ABŞ-a mesaj göndərərək, prezident …

Təbrizdə “Qlobal” şirkətinin zərərçəkmişləri və sürücülər etiraz aksiyası keçirib

GADTB: 5 ordibehişt 1405-ci il tarixində Təbrizdə “Qlobal” nəqliyyat şirkətinin sürücüləri və zərərçəkmişləri şəhər prokurorluğunun …